Icma.az
close
up
RU
İsveçrə Şengen zonasının genişləndirilməsini təsdiqləyib

İsveçrə Şengen zonasının genişləndirilməsini təsdiqləyib

“Avropa İttifaqı Şurası Şengen statusunu Bolqarıstan və Rumıniyaya tam şəkildə tətbiq etmək qərarına gəlib”

İsveçrə Federal Şurası (hökumət) Şengen zonasının Rumıniya və Bolqarıstana qədər genişləndirilməsini təsdiqləyib. AYNA xəbər verir ki, bu barədə Federal Şuranın saytında məlumat yerləşdirilib.

“Avropa İttifaqı Şurası Şengen statusunu Bolqarıstan və Rumıniyaya tam şəkildə tətbiq etmək qərarına gəlib. Bu, həm də Rumıniya və Bolqarıstanla daxili quru sərhədlərinin ləğvinə gətirib çıxaracaq. 20 dekabr 2024-cü il tarixli iclasında Federal Şura qərarı təsdiqləmək üçün nota mübadiləsini təsdiqləyib”, - deyə məlumatda bildirilib.

İsveçrə Avropa İttifaqının bir hissəsi olmadığı üçün Şengen zonasının genişləndirilməsini təsdiqlədiyini ayrıca elan edib.

seeBaxış sayı:92
embedMənbə:https://ayna.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri