İsveçrədə Alp dağlarından qopan buzlaq parçası bir kəndi məhv etdi
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
İsveçrənin Valais kantonunda Lötschental vadisində yerləşən Blatten kəndi Alp dağlarından qopan buzlaq parçasının səbəb olduğu torpaq sürüşməsi nəticəsində demək olar ki, tamamilə yox olub.
BAKU.WS xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə nəticəsində bir nəfər itkin düşüb.
Təxminən 200 nəfərin yaşadığı kənd 19 may tarixində ehtiyat tədbiri olaraq əvvəlcədən təxliyə edilib. Lakin bu da faciənin qarşısını almağa kifayət etməyib. Kənd minlərlə ton palçıq və buzun altında qalıb.
Blatten Bələdiyyə Başçısı Mattias Bellvald keçirdiyi mətbuat konfransında belə deyib: "Kəndimizi itirdik. O, artıq dağıntılar altındadır. Amma yenidən quracağıq."
Bu mövzuda digər xəbərlər:İsveçrədə buzlaq uçqunu kəndi yox etdi
29 May 2025 15:27
İsveçrədə qar uçqunu bütöv bir kəndi yer üzündən sildi
29 May 2025 02:44
Mədəni irsimiz İsveçrədə
22 Sentyabr 2025 15:08
“Almaniya təzyiqi İsveçrədə”
27 Fevral 2026 22:16
İsveçrədə təyyarə qəzası
17 Sentyabr 2026 11:07
Baxış sayı:138
Bu xəbər 29 May 2025 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















