Icma.az
close
up
RU
Mədəni irsimiz İsveçrədə

Mədəni irsimiz İsveçrədə

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sentyabrın 21-də Cenevrədə yerləşən "Salle Frank Martin" zalında "Piano Trio Areal" klassik Azərbaycan və dünya musiqisini birləşdirən debüt albomunu təqdim edib. Bu münasibətlə təşkil edilmiş proqramda Frank Martinin "İrlandiya Xalq Nəğmələri üzərində Trio", Dmitri Şostakoviçin mi-minor, Op. 67 II Piano Triosu və Tofiq Bakıxanovun III Piano Triosu səsləndirilib. Konsert ansamblın Kelt xalq melodiyalarından tutmuş Şostakoviçin müharibə dövrü elegiyasına, muğam ritmlərini Qərbin klassik formaları ilə sintez etmiş T.Bakıxanov musiqisinə qədər müxtəlif ənənələri bir araya gətirmək bacarığını nümayiş etdirib.

Xüsusi diqqətəlayiq məqam albomda görkəmli bəstəkar Tofiq Bakıxanovun III Fortepiano Triosunun dünya üzrə ilk səsyazmasının yer almasıdır. Əsər Azərbaycan musiqi irsinin zənginliyini əks etdirir, həm Şərq, həm də Qərb ənənələri ilə ritmik və melodik bağlara malikdir. Yeni albom T.Bakıxanov musiqisinin müxtəlif beynəlxalq festivallarda və böyük konsert salonlarında ifa olunmasına, bununla da onun yaradıcılığının daha geniş auditoriyaya çatmasına təkan verir.

Layihə Avropada Azərbaycan mədəni irsinin təbliğatçısı kimi tanınan və mərkəzi Cenevrədə yerləşən "Heritage Association"ın dəstəyi və sponsorluğu, eləcə də yenilikçi musiqi layihələrini dəstəkləyən "Odradek Records"la əməkdaşlıq sayəsində gerçəkləşib.

Albom İtaliyanın Adriatik sahilində, Peskara-Montesilvano şəhərində yerləşən müasir "The Spheres" studiyasında yazılıb. Akustik musiqi üçün xüsusi dizayn edilmiş bu studiya yüksək səviyyəli audio və video avadanlıqları ilə "Piano Trio Areal"ın zərif ifalarının mükəmməl səviyyədə qeydə alınmasına şərait yaradıb. Frank Martinin adını daşıyan və klassik musiqi konsertlərinin keçirildiyi ən nüfuzlu məkanlardan sayılan "Salle Frank Martin" zalında baş tutan təqdimata fəxri qonaq qismində məşhur bəstəkarın nəvəsi Denis Martin də dəvət edilib. Müxtəlif ölkələri təmsil edən dinləyicilərin, peşəkar musiqiçilərin rəylərinə görə, bu cür layihələr mədəniyyətlərarası mübadiləyə güclü impuls verir, eyni zamanda Azərbaycanın zəngin irsinin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır.

Trio üzvləri skripkaçı Cəmilə Qarayusifli, violonçel ifaçısı Sandro Mezaros və pianoçu Darya Korotkova gənc, beynəlxalq səviyyədə tanınmış istedadlı musiqiçilərdir. Onların dərin emosional və təsirli ifası Cenevrə tamaşaçıları tərəfindən böyük rəğbətlə qarşılanıb və ansamblın musiqi vasitəsilə mədəniyyətləri birləşdirmək missiyasını bir daha nümayiş etdirib.

Albomu "Spotify", "Apple Music" kimi əsas platformalarda, eləcə də ansamblın rəsmi kanalları vasitəsilə dinləmək olar.

Mədəni irsimiz İsveçrədə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:272
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Sentyabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri