İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 8,5 milyard frankı keçib
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 2026-cı ilin iyun ayına qədər 8,5 milyard İsveçrə frankına çatıb.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçrənin İqtisadi İşlər üzrə Dövlət Katibliyinin (SECO) sözçüsü Fabian Maienfisch məlumat verib.
Onun sözlərinə görə, 1 iyun 2026-cı il tarixinə İsveçrədə ümumilikdə 8,5 milyard İsveçrə frankı dəyərində maliyyə aktivləri dondurulub. Bu göstərici bir il əvvəl 7,4 milyard frank təşkil edib.
Sanksiyalara məruz qalan şəxslər və təşkilatlara məxsus 14 daşınmaz əmlak da məhdudiyyətlərə tabedir. Bundan əlavə, idman və lüks avtomobillər, sənət əsərləri, mebel və musiqi alətləri də sanksiyalar çərçivəsində dondurulub.
Eyni zamanda, Rusiya Mərkəzi Bankının İsveçrədə immobilizasiya edilmiş ehtiyat və aktivlərinin həcmi 6,8 milyard frank təşkil edib. Ötən ilin müvafiq dövründə bu rəqəm 7,2 milyard frank olub.
Bu mövzuda digər xəbərlər:İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,2 milyard dollara çatıb
25 Noyabr 2026 07:42
İsveçrədə bloklanmış Rusiya aktivlərinin məbləği açıqlanıb
01 Aprel 2025 14:39
Dondurulmuş Rusiya aktivlərinin müəmmalı taleyi...
11 Dekabr 2025 12:48
Kanada dondurulmuş Rusiya aktivlərinin gəlirindən Ukraynaya 5 milyard dollar köçürəcək
24 Fevral 2025 16:14
Baxış sayı:167
Bu xəbər 15 Avqust 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















