İsveçrədə bloklanmış Rusiya aktivlərinin məbləği açıqlanıb
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2025-ci ilin mart ayına olan vəziyyətə görə, Rusiyanın İsveçrədə bloklanmış aktivlərinin məbləği 7,4 milyard İsveçrə frankına (8,4 milyard dollar) qədər artıb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) nümayəndəsi brifinqində məlumat verib.
2024-cü ilin avqust ayında Rusiyanın konfederasiyada dondurulmuş aktivlərinin məbləği 7,1 milyard frank (8 milyard dollar) təşkil edib.
Qurumda qeyd ediblər ki, söhbət daşınmaz əmlak, avtomobillər, incəsənət əsərləri, mebel və musiqi alətlərindən gedir. Bununla yanaşı, Rusiya Mərkəzi Bankının İsveçrədə immobilizasiya edilmiş aktivlərinin ümumi məbləği 2024-cü ilin avqust ayı ilə müqayisədə dəyişməyərək 7,2 milyard İsveçrə frankı (8,1 milyard dollar) təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 01 Aprel 2025 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















