Icma.az
close
up
RU
İsveçrəlilər əhalinin 10 milyon nəfərlə məhdudlaşdırılması təşəbbüsünü rədd ediblər YENİLƏNİB

İsveçrəlilər əhalinin 10 milyon nəfərlə məhdudlaşdırılması təşəbbüsünü rədd ediblər YENİLƏNİB

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsveçrədə keçirilən referendumda seçicilər ölkə əhalisinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasını nəzərdə tutan təşəbbüsü rədd ediblər. Bu barədə Reuters agentliyi məlumat yayıb.

İlkin nəticələrə əsasən, seçicilərin təxminən 55%-i təşəbbüsün əleyhinə səs verib, 45%-i isə onu dəstəkləyib. Referendum sağçı İsveçrə Xalq Partiyası (SVP) tərəfindən irəli sürülmüşdü.

***

13:16

İsveçrə vətəndaşları bazar günü ölkə əhalisinin 2050-ci ilə qədər 10 milyon nəfərlə məhdudlaşdırılmasını nəzərdə tutan təklif üzrə səsvermədə iştirak ediblər.

Bu barədə Reuters məlumat yayıb.

Təklif sağçı İsveçrə Xalq Partiyası (SVP) tərəfindən irəli sürülüb. Partiya hesab edir ki, sürətli əhali artımı ölkənin infrastrukturuna, mənzil bazarına, sosial xidmətlərə və təbii resurslarına əlavə yük yaradır.

Təşəbbüsə əsasən, İsveçrənin daimi əhalisi 2050-ci ilə qədər 10 milyon nəfəri keçməməlidir. Hazırda ölkədə təxminən 9,1 milyon nəfər yaşayır və proqnozlara görə, əhali sayının 2040-cı illərin əvvəllərində 10 milyona çatacağı gözlənilir.

Layihədə qeyd olunur ki, əhalinin sayı 9,5 milyona çatdıqdan sonra hökumət immiqrasiya qaydalarını sərtləşdirməlidir. Bu dəyişikliklər əsasən sığınacaq verilməsi və ailələrin birləşməsi qaydalarına təsir göstərə bilər. Əhalinin sayı 10 milyonu keçərsə, hökumət əhali artımına təsir edən beynəlxalq sazişlərə yenidən baxmalı olacaq. Buraya Avropa İttifaqı ilə insanların sərbəst hərəkəti haqqında razılaşma da daxildir.

İsveçrə hökuməti və parlamenti isə təşəbbüsə qarşı çıxır. Onlar hesab edirlər ki, bu addım iqtisadiyyata zərər verə, ixtisaslı işçi qüvvəsinin çatışmazlığına səbəb ola və Avropa İttifaqı ilə münasibətləri çətinləşdirə bilər. Bir sıra iri şirkətlər də referendumun mümkün nəticələrindən narahatdır.

Referendumun nəticələri İsveçrənin gələcək immiqrasiya siyasətinə və Avropa ilə münasibətlərinə ciddi təsir göstərə bilər. Bəzi müşahidəçilər bu səsverməni ölkənin son illərdə keçirdiyi ən mühüm siyasi qərarlardan biri kimi qiymətləndirirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 İyun 2026 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri