Icma.az
close
up
RU
İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 8 iyun, AZƏRTAC

İyunun 14-də İsveçrədə əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılması məsələsinin həll olunacağı səsvermə keçiriləcək. Hazırda İsveçrədə 9 milyondan bir qədər çox insan yaşayır və onların təxminən dörddəbiri əcnəbilərdir.

AZƏRTAC xəbər verir ki, bəzi dairələr bu referendumu “İsveçrə Breksiti” ilə müqayisə edir. Bu isə təklifin qəbul ediləcəyi təqdirdə iqtisadi zərbə vurma ehtimalından narahat olan çoxsaylı müəssisələrdə ciddi narahatlıq yaradır.

Sağçı İsveçrə Xalq Partiyasının (SVP) irəli sürdüyü əhalinin sayının məhdudlaşdırılması təşəbbüsünün tərəfdarları bildirirlər ki, əhalinin artması yerli infrastrukturun, yolların və ictimai nəqliyyatın üzərinə düşən yükü artırır, həmçinin kirayə haqlarının və cinayətkarlığın yüksəlməsinə səbəb olur. Bu barədə “Reuters” agentliyi yazır.

Lakin şirkətlər və işəgötürənlər hesab edirlər ki, təşəbbüsün lehinə səs verilməsi İsveçrədə ixtisaslı işçilərin cəlb olunmasını çətinləşdirəcək və ölkənin ən böyük ixrac bazarı olan Avropa İttifaqı ilə münasibətlərə zərər vuracaq.

“Belvoir” lüks hotellər şəbəkəsinin baş direktoru Martin fon Moosun sözlərinə görə, xarici işçilərin hamısı itirilsə, otel fəaliyyətini davam etdirə bilməyəcək. Məsələn, onun rəhbərlik etdiyi müəssisənin 115 əməkdaşının təxminən yarısı əcnəbilərdir.

“İsveçrədə on milyon nəfərə yox” təşəbbüsü 2050-ci ilədək ölkənin daimi əhalisinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasını nəzərdə tutur. Təklifə əsasən, əhalinin sayı 9,5 milyon nəfəri keçən kimi hökumət və parlament müvafiq tədbirlər görməlidir. Həm hökumət, həm də qanunvericilər bu təşəbbüsü rədd ediblər.

Bu səsvermə sağçı partiyaların miqrasiya, mənzil təminatı və dövlət xidmətləri ilə bağlı narahatlıqlardan istifadə etməsinin növbəti nümunəsidir.

Biznes dairələrinin nümayəndələri arasında olan tənqidçilər bildirirlər ki, əhalinin sayının məhdudlaşdırılması Avropanın ən dayanıqlı iqtisadiyyatlarından birinə ciddi zərər vura bilər.

Əməkdaşlarının bir hissəsi əcnəbilərdən ibarət olan sahibkarlar bizneslərini İsveçrədən çıxarmaq imkanını nəzərdən keçirməyə başlayıblar.

Bir çox Avropa ölkələri kimi, İsveçrə də əhalinin qocalması problemi ilə üzləşib. İsveçrə Federal Statistika İdarəsinin məlumatına görə, 2055-ci ilədək ölkədə 20-64 yaş qrupuna aid əhalinin payı 60 faizdən 56 faizə enəcək. Eyni zamanda, 65 yaşdan yuxarı şəxslərin payı hazırkı 21 faizdən 27 faizə yüksələcək.

Təşəbbüsün əleyhdarları bildirirlər ki, İsveçrəyə gələnlərin çoxu ölkə iqtisadiyyatının inkişafına töhfə vermiş sahibkarlar olub. Buna nümunə kimi tam və ya qismən əcnəbilər tərəfindən yaradılmış “Nestle”, “Swatch” və ABB kimi tanınmış şirkətlər göstərilir.

“Avenir Suisse” şirkətinin 2023-cü ildə apardığı araşdırmaya əsasən, İsveçrədə şirkət təsisçilərinin 39 faizi əcnəbilər olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyun 2026 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri