Icma.az
close
up
RU
İsveçrənin “aşağı palataçıları”nın erməni təəssübü

İsveçrənin “aşağı palataçıları”nın erməni təəssübü

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Qarabağ avantürasına növbəti illüziya dəstəyi

İsveçrə parlamentinin aşağı palatası olan Milli Şura “Dağlıq Qarabağ: sülh konfransı” adlı qətnamə qəbul edib. Qətnamənin müəllifi ermənipərəst deputat Erix Fontobeldir. Müzakirələrdə ölkənin Xarici İşlər naziri İqnasio Kassis də iştirak edib. Hələlik, tam mənada demək olmaz ki, sənədin qəbulunda ölkə rəhbərliyinin rolu var. Çünki nazir İ.Kassis 96 nəfərin “lehinə”, 80 nəfərin “əleyhinə” səs verdiyi, 16 nəfərin isə bitərəf qaldığı sənədə qarşı çıxıb. Amma...

Göründüyü kimi, dünyada özünü əbədi bitərəf ölkə sayan İsveçrə də erməni məsələsinə gələndə tərəf saxlayır. Ölkə parlamentinin aşağı palatasının gələn il Qarabağ üzrə beynəlxalq sülh forumunun təşkilinə dair Federal Şuraya çağırış etməsi bunu söyləməyə əsas verir. Sözügedən çağırışın yer aldığı qətnamədə, eyni zamanda, bildirilir ki, İsveçrə Azərbaycanla Qarabağ ermənilərinin nümayəndələri arasında açıq dialoqa yardım etməlidir. 

Maraqlıdır, görəsən, nəyə görə ölkənin parlamentariləri bu qədər “gecikiblər”. Onlar 2023-cü ilin sentyabrındakı lokal xarakterli antiterror tədbirlərinədək rəsmi Bakının dəfələrlə Qarabağ erməniləri ilə danışıqlar təklifini irəli sürdüyünü “görməzdən gəliblər”. “Unudublar” ki, Azərbaycan dövlətinin çağırışları Qarabağdakı separatçı rejim tərəfindən nəzərə alınmadı. Daha doğrusu, separatçı rejim ölkəmizin təşəbbüslərinə etinasız yanaşdı, özünü beynəlxalq hüququn müstəqil subyekti kimi aparmağa üstünlük verdi, hətta bəzən demarş məntiqindən də çıxış etdi ki, bütün bunlar Ermənistan rəhbərliyi tərəfindən, faktiki olaraq, dəstək qazandı. 

Bəli, İsveçrə parlamentinin aşağı palatası köhnə havalardadır. Ən əsası isə onun yanaşma tərzi Qarabağda separatizmin bərpasına xidmət amalı daşıyır. Məsələ ondadır ki, qurumun qətnaməsində Azərbaycanla Qarabağ erməniləri arasındakı dialoqun beynəlxalq nəzarət altında aparılmalı olduğu vurğulanır. Yada salaq ki, vaxtilə rəsmi İrəvan da Qarabağ erməniləri üçün beynəlxalq təminat məsələsini qabartmışdı və bu, Azərbaycan yurisdiksiyasının şübhələndirilməsi məramından irəli gəlirdi. Ermənistan rəhbərliyi dolayısı ilə separatçı rejimin qorunmasına çalışırdı. 

İsveçrəli parlamentarilər qətnamələrində onu da bildirirlər ki, sözügedən beynəlxalq təminatın məqsədi “Qarabağda tarixən məskunlaşmış erməni əhalinin təhlükəsiz və kollektiv şəkildə bölgəyə qayıtması üçün danışıqlar aparılmasına” kömək göstərmək olmalıdır. Deməli, onlar da “etnik təmizləmə” məntiqindən çıxış edir, antiterror tədbirlərindən sonra Azərbaycan hakimiyyətinin Qarabağ ermənilərinin vətəndaş kimi bölgədə qalıb yaşamalarının mümkünlüyünə dair mövqeyinə əhəmiyyətsiz yanaşırlar. 

Digər tərəfdən, nəzərə alaq ki, Qarabağ erməniləri Ermənistan vətəndaşlarıdır. Həmişə də belə olub. Onların bütün xərclərini də Ermənistan dövləti ödəyib və yenə ödəməkdədir. Əgər rəsmi İrəvan, həqiqətən, ötən ilin sentyabrında bölgəni tərk etmiş vətəndaşlarının yenidən əraziyə qayıtmalarını istəyirsə, özü Azərbaycana müraciət etməlidir. Amma bunu etmir və etməz də. Çünki erməni iqtidarı yaxşı anlayır ki, Azərbaycanın şərtləri dəyişməzdir və başqa cür mümkün deyil. Çünki Qarabağ beynəlxalq hüquqla Azərbaycana məxsusdur və bunu rəsmi İrəvan da tanıyıb. 

Belə çıxır ki, məsələyə önəm verməyən, yuyulmamış çömçə kimi özünü ortaya atan avropalılar, indiki halda, İsveçrə parlamentinin aşağı palatasının üzvləridir. Şübhəsiz, onların təklifləri parlamentin yuxarı palatası olan Dövlətlər Şurasına göndəriləcək. Prosedura uyğun olaraq, Dövlətlər Şurası məsələni təsdiqləyərsə, Qarabağla bağlı konfransın təşkili İsverçrənin milli hökumətinə, yəni dövlətə həvalə olunacaq.

Əvvəldə bildirdiyimiz kimi, sözügedən qətnamənin müzakirəsində iştirak edən İsveçrənin XİN rəhbəri İ.Kassisin mövqeyi parlamentarilərin mövqeyi ilə üst-üstə düşməyib. Ancaq bu, heç nəyi dəyişmir. Çünki İsveçrə parlamenti iki ay öncə də oxşar xarakterli sənədlə çıxış etmişdi. Üstəlik, İsveçrə qondarma “erməni soyqırımı”nı rəsmən tanıyan ölkədir və orada saxta soyqırımını inkar etmək cinayət məsuliyyəti yaradan hal kimi qiymətləndirilir. 

Sonda onu da deyək ki, bu tip erməni təəssübkeşliyinə dair sənədlərin qəbulunun arxasında Ermənistan hakimiyyəti və onun xaricdəki havadarları, erməni lobbi və diaspor təşkilatlarının təmsilçiləri dayanırlar. Onlar müştərək anti-Azərbaycan fəaliyyətindədirlər. Yəni, isveçrəli parlamentarilər elə-belədən qətnamə qəbul etmək sevdasına düşməyiblər. Nə qədər ki, rəsmi İrəvan bu sayaq əməllərini davam etdirəcək, ölkəyə güvən olmayacaq və nəticə etibarilə sülhə etimad quruculuğu prosesi zərər görəcək. 

Yəni, istər İsveçrə parlamentinin qətnaməsi, istərsə də digər Avropa dövlətlərinin bu və ya digər dərəcədə ölkəmizin ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan lakmus kağızları Azərbaycanla Ermənistan arasında sülh mühitinin qərarlaşmasına ciddi əngəl törədir. Çünki belə mənasız sənədlər Ermənistanda illüziya doğurur, reallığı görməyi mümkünsüzə çevirir.  Reallıq hissini itirməyin cəzasını isə Ermənistan 44 günlük müharibə zamanı bir dəfə çəkib. İkincidən indiki halda İsveçrə saxlasın. Özünün kağız-kuğuzları ilə saxlaya biləcəksə...

R.ƏVƏZ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2024 00:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see429

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see299

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see299

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see294

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see228

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see214

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see212

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see205

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see166

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see164

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see164

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri