İsveçrənin istehsal sektoru Trampın tariflərinə görə çətin vəziyyətdədir
Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
İsveçrənin istehsal sektoru Trampın 39% tarifi nəticəsində çətin günlərlə üzləşib.
Banco.az xəbər verir ki, Tramp administrasiyasının İsveçrəyə tətbiq etdiyi gözlənilməz 39 faizlik rüsumlar nəticəsində ölkənin istehsal sektoru ehtimal olunan bir resessiya riski ilə üz-üzə qalıb.
İsveçrəyə tətbiq edilən bu rüsum inkişaf etmiş ölkələr arasında müşahidə olunan ən yüksək göstərici kimi diqqət çəkir. İsveçrəli rəsmilər vəziyyəti düzəltmək üçün daha əlverişli ticarət şərtləri təmin etmək məqsədilə ABŞ-a yeni təklif də təqdim ediblər.
Zürix mərkəzli ticarət təşkilatı “Swissmem”in üzvləri arasında apardığı sorğunun nəticələrinə əsasən, şirkətlərin 30 faizindən çoxu rüsumlar səbəbilə istehsallarını Avropa İttifaqına (Aİ) köçürməyi planlaşdırır. Bir çox şirkətdə isə qısamüddətli iş proqramları və ixtisarlar gündəmdədir.
“Swissmem”in məlumatına görə, 2025-ci ilin ilk rübündə istehsal sifarişləri əvvəlki üç ayla müqayisədə 13 faiz azalıb, ümumi satışlar isə doqquz rübdür fasiləsiz olaraq geriləməyə davam edir. Bu enişin rüsumların da təsiri ilə qarşıdakı aylarda sürətlənəcəyi gözlənilir. İsveçrə istehsal sahəsi üzrə satınalma menecerləri indeksi (PMI) isə 50-nin altında qalaraq daralmaya işarə edir.
Bizi sosial şəbəkələrdən izləyin!!


