Icma.az
close
up
RU
Mercedes çətin vəziyyətdədir

Mercedes çətin vəziyyətdədir

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniya avtomobil sektorundakı xərc təzyiqi “Mercedes”i radikal tədbirləri masaya yatırmağa sövq edib. 800 milyon avroyadək qənaət etmək istəyən avtomobil giqantı, işçilərin maaş artımı olmadan daha uzun müddət çalışmasından tutmuş ikramiyələrin azaldılmasına qədər bir sıra variantları dəyərləndirir. Xərclərin azaldıla bilmədiyi təqdirdə iki fabrikin qapısına qıfıl vurula biləcəyi bildirilib.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, Almaniya iqtisadiyyat jurnalı WirtschaftsWochenin məlumatına görə, “Mercedes” rəhbərliyi Almaniyadakı istehsal müəssisələrinin rəqabət qabiliyyətini artırmaq məqsədilə xərclərin azaldılması üçün yeni variantları nəzərdən keçirir. Məsələyə yaxın olan üç mənbə də şirkət rəhbərliyinin Almaniyadakı işçi xərclərindən 800 milyon avroyadək qənaət etməyi hədəflədiyini təsdiqləyib. Qənaət planının en diqqətçəkən bəndlərindən biri işçilərin iş saatları ilə bağlıdır. Şirkətin həftəlik 35 saatlıq iş rejimini maaş artımı etmədən 40 saata qaldırmağı dəyərləndirdiyi iddia olunur. Bununla yanaşı, illik məzuniyyət və Milad dövründə verilən mükafatların azaldılması və ya tamamilə ləğvi, eləcə də bəzi xüsusi ödənişlərin dayandırılması da masa üzərindəki variantlar arasındadır. “Mercedes”in bu addımlarla Almaniyadakı yüksək işçi xərclərini aşağı salaraq istehsal müəssisələrinin rəqabət gücünü qorumağı hədəflədiyi bildirilir.

Qənaət planının daha diqqətçəkən hissəsini isə fabrik məsələsi təşkil edir. “Mercedes-Benz”in İstehsal üzrə İdarə Heyətinin üzvü Mixael Şibe Zindelfingendə keçirilən şirkət iclasında bildirib ki, Almaniyadakı xərclər kifayət qədər azaldıla bilməzsə, bir minik avtomobili fabriki ilə güc aqreqatları hissələrinin istehsal olunduğu bir müəssisənin bağlanması gündəmə gələ bilər. Beləliklə, şirkət xərcləri azaltmaq hədəflərinə çata bilməsə, Almaniyadakı iki istehsal müəssisəsinin gələcəyi müzakirəyə çıxarıla bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 25 Sentyabr 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri