Icma.az
close
up
RU
İşxan Verdiyan Əliyevdən imdad dilədi:Siyasi sığınacaq istəyirəm

İşxan Verdiyan Əliyevdən imdad dilədi:Siyasi sığınacaq istəyirəm

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Erməni olduğuna hələlik şübhəm olduğu bir erməni blogger, siyasi şərhçi İşxan Verdiyan var. Verdiyan hər zaman radikal ermənilərin revanşist çağırışları, yalançı soyqırımı iddiaları ilə bağlı anormal istək və arzularına qarşı çıxıb. O, Türkiyə və Azərbaycanla sərhədlərin açılması, normal qonşuluq münasibətlərinin qurulmasının tərəfdarı kimi çıxışlar edir. Bu səbəbdən də əksər ermənilər və müxalifətə bağlı saytlar tez-tez Verdiyanı tənqid edirlər.

Hər dəfə öz Teleqram kanalında çıxış edəndə beyni yuyulmuş, ədavətcil, düşmənçilik aparan, revanşist, nemezis, daşnakçı ermənilər onu söyüşlərə-qarğışlara qərq edirlər. Məsələn ötən il İşxan Verdiyanın: "Ermənistanda heç kim Şuşanı tələb etmir. Qarabağ barədə heç kim düşünmür" deməsi ermənilərin ona "satqın", "xain" etiketləri yapışdırmasına səbəb oldu.
Türkiyədə yaşayan erməni bloger İşxan Verdiyan İrəvanda Azərbaycan bayrağının yandırılmasına görə Ermənistan hökumətini üzr istəməyə çağırdı.
İşxan siyasətçi kimi çox uzaqgörəndi, hələ 2021-ci ildə demişdi ki, Qarabağ Azərbaycanın tərkibində tanınan kimi Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanacaq:"Qarabağın gələcəyi müəyyənləşmədən məsələ həllini tapmayacaq. Azərbaycan Qarabağı öz tərkibinə tam şəkildə qəbul etməlidir, bundan sonra sülh sazişindən danışa bilərik. Ermənistan da bu məsələni bağlamalıdır".

Blogger bu dürüstlüyünün ağrısını çəkir. Ermənilərin onun övladlarını ölüm və zorakılıqla hədələməsindən narahatlıq keçirdiyini də dəfələrlə dilə gətirib: Mənim “İnstagram”dakı profilimdə övladlarımın, ailəmin şəkilləri var. Həmin paylaşımlarımın altından ermənilər şərhlər yazaraq təhdidlər yağdırmağa başlayıblar. Onlar birbaşa uşaqları təhdid edərək söyürlər. Mən həmin şəxslərlə şəxsən əlaqə saxlayıb yazışanda cavab verirlər ki, bütün qarabağlılar(Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər-red.) sənə qarşı belə münasibət bəsləyir. Sanki onlar qarabağlıları təmsil edirlər. Mən ümumiyyətlə nə baş verdiyini, bu maneranı anlamıram! Uşaqları zorlamaqla, öldürməklə hədələyən, onlara təhdidlər yağdırıb söyən bu insanlar qarabağlıları necə təmsil edə bilərlər axı?! Mən belə pedofil adamlar görməmişəm".
Adalet.az xəbər verir ki, düzlüyünə görə,  təqdir etdiyimizrməni bloger İşxan Verdyan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək, siyasi sığınacaq istəyib.
O, bu haqqında Teleqram kanalında məlumat yayıb.
“Hörmətli cənab Prezident, nəzərinizə çatdırım ki, Qarabağı Azərbaycan ərazisi olaraq açıq şəkildə tanıdığım üçün Ermənistanda mənə qarşı cinayət işi açılıb. İrəvan Azərbaycan və Ermənistanın suverenliyinin qarşılıqlı tanınması lehinə çıxış etdiyimə, həmçinin “artsax” kvazi-dövlət qurumu və onunla bağlı hər şey haqqında tənqidi bəyanatlarıma görə mənə ömürlük həbs cəzası vermək istəyir. Onu da nəzərinizə çatdırım ki, Ermənistana qayıtmağım istər-istəməz həbsimə gətirib çıxaracaq və barəmdə elan olunmuş beynəlxalq axtarış Ermənistanda həbsxanadan başqa istənilən yerdə mənə qapıları bağlayır.
Hörmətli cənab Prezident, mövcud reallıqları nəzərə alaraq və qaçılmaz repressiyalarla bağlı səbəblərə görə vətəndaşlığım olduğu ölkəmə qayıtmağımın mümkünsüzlüyünü nəzərə alaraq, Azərbaycanda siyasi sığınacaq vermənizi xahiş edirəm. Hörmətlə, İşxan Verdyan”, - o qeyd edib.

Qeyd edək ki, erməniləri ən çox yandıran onun bu paylaşımıdır:"Azərbaycan ermənilərin anlayışında kainatdan ayrı mövcuddur və əgər bir gün bütün azərbaycanlılar dəhşətli əzab içində ölsələr, həmin gün ermənilər üçün ən xoşbəxt gün olacaq. Şiddətli kin və reallıq hissini itirilməsi...
Sual yaranır: Niyə azərbaycanlıların belə qonşulara yazığı gəlməlidir? Niyə onlarla sülh bağlamaq istəsinlər ki? Niyə öz ölkəsində onlara dözməlidirlər ki? Hansı xidmətlərinə görə? Özümdən iyrənirəm. Hansı xalqın nümayəndəsi olduğumu düşünəndə özümə nifrət edirəm. Kaş türk olaydım, bir qıraqda oturub bu mənzərəyə güləydim. Artıq xalqımı bürümüş dəliliyə baxa bilmirəm” .


Əntiqə Rəşid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://adalet.az
archiveBu xəbər 06 Mart 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri