Icma.az
close
up
RU
“İt əl çəkdi, motal əl çəkmədi”...

“İt əl çəkdi, motal əl çəkmədi”...

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nurəddin İSMAYIL

Fransa Prezidenti Makron yenə öz ampluasındadır. Hər şeyin öz axarına düşdüyü, Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının ardıcıl olaraq davam etdiyi, Azərbaycandan Ermənistana yanacaq və digər zəruri qidaların daşındığı, tərəflərin öz addımlarından məmnun qaldığı bir vaxtda Fransa Prezidenti “böyük bacı” rolunda təzədən meydana atılır və “kiçik bacı”nı, guya Azərbaycandan gələ biləcək təhlükədən qorumaq üçün sinəsini qabağa verir.

Bu yerdə bir el məsəlini xatırlatmaq yerinə düşər. “İt əl çəkdi, motal əl çəkmədi”.

Paşinyan hakimiyyəti 44 günlük İkinci Qarabağa müharibəsində və ordumuzun keçirdiyi bir günlük antiterror əməliyyatında düçar olduğu məğlubiyyətdən düzgün nəticə çıxardı və Azərbaycanla hərb dillə danışmağın mənasız olduğunu anladı. Gördü ki, başıpozuq, fərari bir ordu ilə, ruhdan düşmüş, xəyali Ermənistan sevdasından yorulmuş xalqla müharibəni davam etdirmək faydasızdır və bir dövlət kimi siyasi mövcudluğunu itirmək təhlükəsi ilə üz-üzə qala bilər. Ona görə də ölkəsini düşdüyü rəzil vəziyyətdən çıxarmaq haqqında riskli qərarlar verməkdən çəkinmədi.

2022-ci ildə Avropa Siyasi Birliyinin birinci Praqa sammitində Qarabağın Azərbaycan ərazisi olduğu barədə Paşinyanın verdiyi bəyanat və hər iki ölkə rəhbərinin 1991-ci il Almata sazişi əsasında bir-birinin ərazi bütövlüyünü tanıması haqqında razılığa gəlinməsi Ermənistan hakimiyyətinin əvvəlki ambisiyalarına son qoydu. Paşinyan xaricdəki erməni lobbisinin və daxildə millətçi-revanşist qüvvələrin ona göstərdiyi basqılara baxmayaraq hədəflədiyi sülh sazişinə doğru addım-addım irəliləməyi bacardı. 8 avqust 2025 ci ildə ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə baş tutan Vaşinqton razılaşması Azərbaycanla Ermənistan arasında ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ olmaqla Paşinyanın Rusiya asılılığından qurtarmaq istəklərini bir daha təsdiq etdi. Bu razılaşma 2020-ci il Vətən müharibəsindən sonra bölgədə hərbi gərginliyin azaldılması və sülh müqaviləsinə doğru ciddi irəliləyiş kimi dəyərləndirilməlidir və Paşinyan çağdaş Ermənistan tarixində ilk lider olaraq Rusiya vasitəçiliyindən imtina edib, münaqişənin həllində ABŞ-nin qarantör dövlət olduğunu çəkinmədən gündəmə gətirdi.

Lakin İrəvanda keçirilən Avropa Siyasi Birliyi Zirvə görüşü çərçivəsində bir sıra Avropa dövlətləri başçılarının, xüsusilə Fransa Prezidenti Makronun sərgilədiyi mövqe, guya Ermənistanın suverenliyinin təhdid altında olması, aqressiyaya, genosidə məruz qalması, ərazi bütövlüyünün pozulması barədə səsləndirdiyi cəfəng fikirlər yenidən müharibə alovunu qızışdırmağa, bölgədə yaranmış sülh arxitekturasını pozmağa xidmət edir. Özünü sülh göyərçini, Ermənistanın sadiq dostu kimi göstərən Makron bu cür fitnəkar çıxışı ilə bir tərəfdən Azərbaycanı aqressor kimi qələmə vermək, digər tərəfdən iki ölkə arasında baş tutan və uzun müddət davam edən qanlı münaqişəyə son vermək baxımından tarixi əhəmiyyət kəsb edən Vaşinqton razılaşmasını gözdən salaraq, Fransanı Cənubi Qafqazda sülhün təminatçısı rolunda təqdim etmək istəyir. Əlbəttə, utanmadan, həyasızcasına səsləndirilən bu fikirlər cavabsız qala bilməzdi və dövlət başçısı İlham Əliyev istər onlaynla qatıldığı sammitdə, istərsə də Zəngilana son səfəri zamanı xalq qarşısında etdiyi çıxışlarda Makronun qızışdırıcı, ara qarışdıran, bölgəmizə fitnə toxumu səpən bəyanatlarını kəskin şəkildə ifşa etdi. Ölkə Prezidenti bu cür çıxışların əsassız olduğunu, Ermənistanı yenidən müharibə şəraitinə sürüklədiyini və daha çox məhz Azərbaycanın humanist səyləri nəticəsində əldə edilən sülh razılaşmalarını pozmağa xidmət etdiyini bildirdi. Ölkələrimizin bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanıdığını, sülhün geridönməz proses olduğunu, Azərbaycanın nə dünən, nə bu gün Ermənistan ərazisinə torpaq iddiasında bulunmadığını bəyan edən İ.Əliyev adı çəkilən ölkəyə təhlükənin Azərbaycandan deyil, başda Fransa olmaqla Ermənistanı müharibə havasına kökləyən dövlətlərdən gəldiyini qeyd edib.

Fransanın əndişəsi başa düşüləndir. Cənubi Qafazın bu iki ölkəsi arasında dayanıqlı sülhün əldə edilməsində payı olmayan Fransa yönətimi, müharibə alovunu yenidən qızışdırmaqla ölkəsində maliyyə rıçaları əldə edən erməni milyarderlərin səsini qazanmaq, Ermənistanı himayə adı altında bölgədə nüfuz dairəsini genşləndirmək, Rusiyanın buraxdığı boşluğu doldurmaq, Ermənistanı forposta çevirməklə Türkiyə, Azərbaycan birliyinə qarşı yeni platsdarm yaratmaq məqsədi güdür. Lakin Makron bir şeyi unudur ki, Azərbaycan bölgədə geosiyasi dizaynın formalaşmasında mühüm rol oynayan dövlətdir və onun aktiv iştirakı olmadan heç bir güc sülh və təhlükəsizliyə zəmanət verə bilməz.

Hər bir halda Paşinyanın Rusiya ağalığından qurtulub, Fransanın dəstəyi ilə Avropa Birliyinə inteqrasiya cəhdləri təqdirə layiqdir və görünən odur ki, o, Avropa himayədarlığının, ölkəsinin militarist, təcavüzkar Ermənistandan, öz qonşuları ilə dinc yanaşı, təhlükəsiz yaşamağa layiq Ermənistana çevrilməsinə verə biləcəyi töhfəni düzgün dəyərləndirə bilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 May 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see581

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see262

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see249

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see239

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see230

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see220

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see215

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see211

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see202

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see200

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see194

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see190

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see189

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see183

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see179

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see177

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see175

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see171

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri