“İt hürər, karvan keçər” Kobaxidzedən bədbin proqnoz verənlərə cavab
Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“İt hürər, karvan keçər”.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu ifadə ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəzi biznes nümayəndələrinin larinin ucuzlaşması fonunda Gürcüstanı ciddi iqtisadi problemlərin gözlədiyi ilə bağlı açıqlamalarına cavab verib.
Onun sözlərinə görə, bu cür açıqlamaları verənlər radikal müxalifətin tərəfdarlarıdır.
“Onlar 2020-ci ildən bəri davamlı olaraq risklərdən və problemlərdən danışırlar. Radikalların proqnozları doğrulmadı. Bu bəyanatlar fonunda biz 4 il ərzində ölkə iqtisadiyyatını 40 milyard lari böyüdə bilmişik”, - İ.Kobaxidze söyləyib.
Baş nazir həmçinin bildirib ki, ötən il Gürcüstanda 9%-lik iqtisadi artım qeydə alınıb və 2025-ci ildə iqtisadi artım tempinin 10%-i ötəcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 23 Yanvar 2025 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















