Icma.az
close
up
RU
“İt hürər, karvan keçər”: Azərbaycanın uğurlarından narahat olanlar bilməlidir ki…

“İt hürər, karvan keçər”: Azərbaycanın uğurlarından narahat olanlar bilməlidir ki…

Olke.az saytına istinadən Icma.az xəbər verir.

“Dünya bu gün mürəkkəb geosiyasi proseslər, qarşıdurmalar, müharibələr, iqtisadi sarsıntılar və qlobal kataklizmlərlə üz-üzədir. Bir çox dövlətlər böhranların ağırlığı altında çətinliklərlə mübarizə apararkən, Azərbaycan tamamilə fərqli bir inkişaf modeli ortaya qoyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yalnız çağırışlara müqavimət göstərmir, həm də onları milli maraqlara xidmət edən strateji fürsətlərə çevirməyi bacarır. Bunun nəticəsidir ki, beynəlxalq miyasda Prezident İlham Əliyev böhranları məharətlə idarə edən LİDER  kimi qəbul edilir”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.
Deputat əlavə edib ki, məhz bu uğurlar bəzi anti-Azərbaycan dairələri ciddi şəkildə narahat edir: “Çünki Azərbaycan artıq regionun deyil, daha geniş Avrasiya məkanının siyasi, iqtisadi və enerji xəritəsini formalaşdıran əsas aktorlardan birinə çevrilib. Buna görə də ölkəmizə qarşı hibrid təhdidlər, informasiya müharibələri və dezinformasiya kampaniyaları davamlı xarakter almaqdadır.
Son aylarda Azərbaycanın ardıcıl uğurları bunu bir daha təsdiqləyir. Ölkəmizin WUF13 kimi nüfuzlu beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi etməsi, ardınca Bakı Enerji Həftəsinin qlobal enerji gündəminin əsas platformalarından birinə çevrilməsi, ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı məktub və Vaşinqtonun Bakının həyata keçirdiyi çoxvektorlu siyasətə verdiyi yüksək qiymət təsadüfi hadisələr deyil.
Bu hadisələr göstərir ki, Azərbaycan artıq Qərblə Şərqi, Şimalla Cənubu birləşdirən mühüm geosiyasi körpü rolunu uğurla yerinə yetirir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz sabitlik, təhlükəsizlik, enerji əməkdaşlığı və beynəlxalq dialoq platforması kimi etibarlı tərəfdaş statusu qazanıb”.
Deputat bildirib ki, ABŞ-Azərbaycan münasibətlərinin yeni strateji əməkdaşlıq mərhələsinə qədəm qoyması da məhz bu reallığın nəticəsidir: “Lakin Azərbaycanın güclənməsi, nüfuzunun artması və beynəlxalq proseslərdə söz sahibinə çevrilməsi müəyyən dairələrin maraqlarına uyğun gəlmir. Buna görə də onlar müxtəlif vasitələrlə ölkəmizə qarşı qarayaxma kampaniyaları aparmağa çalışırlar.
2026-cı il iyunun 5-də CNN tərəfindən yayılan və anonim mənbələrə istinad edən təxribat xarakterli material da bu kampaniyanın növbəti həlqəsidir. Azərbaycanın guya hansısa gizli hərbi fəaliyyətlərdə iştirak etdiyini iddia edən bu cür əsassız məlumatlar nə faktlara, nə məntiqə, nə də beynəlxalq hüququn prinsiplərinə söykənir. Məqsəd birdir-Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq, regionda sülh və əməkdaşlıq proseslərinə kölgə salmaq.
Təsadüfi deyil ki, mühüm beynəlxalq tədbirlər və siyasi proseslər ərəfəsində oxşar informasiya hücumları mütəmadi olaraq təkrarlanır. Məqalənin yayılmasından dərhal sonra eyni narrativin müxtəlif media platformalarında və sosial şəbəkələrdə sürətlə tirajlanması bunun əvvəlcədən planlaşdırılmış informasiya əməliyyatı olduğunu göstərir.
Halbuki Azərbaycan dəfələrlə bəyan edib ki, onun ərazisində heç bir xarici dövlətin hərbi bazası və ya qoşunları yerləşmir. Azərbaycan ərazisindən üçüncü dövlətlərə qarşı hər hansı qeyri-dost fəaliyyətin həyata keçirilməsi mümkün deyil və bu, ölkəmizin xarici siyasət prinsiplərinə tamamilə ziddir. Bunu Prezident İlham Əliyev dəfələrlə bəyan edib. Nəinki bəyan edib, Azərbaycan böhranların danışıqlar, sülh yolu ilə həllinə dəstək verib. Konkret İrana gəldikdə isə, Azərbaycan bu ölkənin üzləşdiyi  çətin günündə  dünyaya bir daha qonşuluq, insanlıq nümunəsi nümayiş etdirərək humanitar yardım göstərib. Davamlı olaraq  İran prezidenti ilə telefon danışıqları olur. Azərbaycan digər ölkələrdən fərqli olaraq nəinki qonşuluğunda, ümumiyyətlə dünyanaın digrə bölgələrində də hər hansı bıhranaın, katlizmlərin qarşıdurma və toqquşma ilə müşaiyət olunan geosiaysi savaşlarda maraqlı deyil. Çünki belə böhranlar qlobal və regional sülühə, təhlükəsziliyə, normal əməkdşalıq münasibətlərinin quurlmasın problemlər yaradır.
Əslində bu cür hücumlar Azərbaycanın zəifliyindən deyil, gücündən qaynaqlanır. Güclü dövlətlərə qarşı kampaniyalar aparılır. Uğur qazanan ölkələr hədəfə çevrilir. Azərbaycan isə son illərdə əldə etdiyi nailiyyətlərlə bir çoxlarının hesablarını pozub, planlarını alt-üst edib.
Lakin tarix göstərir ki, qarayaxma kampaniyaları ilə inkişafın qarşısını almaq mümkün deyil. Azərbaycan öz yolunu müəyyən edib və bu yol milli maraqlara, müstəqilliyə, güclü dövlət quruculuğuna və beynəlxalq nüfuzun artırılmasına xidmət edir.
Xalqın dəstəyi və Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə ölkəmiz qarşısına qoyduğu bütün strateji hədəflərə nail olacaq. Bu gün Azərbaycana qarşı müxtəlif platformalarda hücum edənlər, dezinformasiya yayanlar və qarayaxma kampaniyaları quranlar gec-tez dəyişən geosiyasi reallıqları qəbul etməyə məcbur olacaqlar.
Bu qarayaxma kampaniya “it hürər, karvan köçər” misalını xatırladır. Kimsə bu yolla Azərbaycanı tutduğu strateji inkişaf yolundan, hədəflərindən yayındıra bilməz. Amma onu da unutmaq lazımdır ki, gec-tez bu qarayxma kampaniyasını həyata keçirənlər Prezident İlham Əliyevlə görüşmək, onun liderliyini etiraf edib, Azərbaycanla münasibətlər qurmaqda maraqlı olduqlarını deyəcəklər günlər də uzaqda deyil. Çünki biz artıq son illərdə belə hallaırn çox şahidi oluruq. Vaxtilə Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən dairələrin nümayəndələri bu gün Bakı ilə əməkdaşlıq yolları axtarır, Prezident İlham Əliyevlə görüşləri özləri üçün mühüm siyasi hadisə hesab edirlər. Bu, Azərbaycanın artan nüfuzunun və dövlət başçısının beynəlxalq arenada qazandığı böyük etimadın göstəricisidir.
Karvan isə yoluna davam edir. Azərbaycanın inkişaf karvanı da bütün maneələrə, təzyiqlərə və qarayaxma kampaniyalarına baxmayaraq irəliləyir. Çünki bu yol güclü liderliyin, milli birliyin və strateji baxışın yoludur. Bu yol Azərbaycanın daha böyük uğurlarına, daha qüdrətli dövlətə və daha nüfuzlu gələcəyinə aparan yoldur”.
Mürtəza Bünyadlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 İyun 2026 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri