İtaliya futbolunda gözlənilən ehtimal VİDEO
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
İtaliya futbol millisinin ardıcıl üçüncü dəfə dünya çempionatından kənarda qalmasından sonra qurumun rəhbərliyində ciddi dəyişikliklər gözlənilir.
İdman.Biz “La Stampa” nəşrinə istinadən xəbər verir ki, “Milan”ın sabiq futbolçusu Paolo Maldini İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti ola bilər.
FIGC-nin əvvəlki rəhbəri Qabriele Qravina öz xahişi ilə vəzifəsindən gedib. Prezident seçkiləri iyunun 22-də keçiriləcək və namizədlər seçkilərə 40 gün qalmış təsdiqlənməlidir.
İtaliya yığması DÇ-2026-nın Avropa seçmə mərhələsinin finalında Bosniya və Herseqovina komandasına məğlub olub (1:1, penaltilərlə 1:4). Bununla da italyan futbolçular ardıcıl üçüncü dəfə dünya çempionatını buraxacaqlar.
2018-2019-cu illərdə Maldini İtaliya yığmasının inkişaf üzrə direktoru vəzifəsində çalışıb, daha sonra texniki direktor olub və 2023-cü ilin iyununda vəzifəsindən azad edilib.
Maldini İtaliya çempionatında oyun sayına görə (647) rekordçudur. O, “Milan”ın heyətində yeddi dəfə İtaliya çempionluğunu, bir dəfə ölkə kubokunu, beş dəfə İtaliya Superkubokunu, Çempionlar Liqasını və UEFA Superkubokunu qazanıb. Maldini həmçinin İtaliya yığmasının heyətində Avropa və dünya çempionatlarının gümüş və bürünc mükafatçısıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 05 Aprel 2026 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















