“Yuventus” azarkeşlərinin hərəkəti İtaliya futbolunda narazılıq yaradıb VİDEO
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Sosial şəbəkələrdə yayılan görüntülərdə “Yuventus” azarkeşlərinin tribunada təyyarəni və onun qəzaya uğramasını təsvir etməsi geniş müzakirələrə səbəb olub.
İdman.Biz xəbər verir ki, azarkeşlərin bu davranışı 1949-cu ildə baş vermiş və “Torino”nun əfsanəvi heyətinin həlak olduğu aviaqəzanın xatirəsinə qarşı hörmətsizlik kimi qəbul edilib.
Həmin faciə İtaliya futbol tarixinin ən ağrılı hadisələrindən biri sayılır və xüsusilə “Torino” azarkeşləri üçün dərin emosional məna daşıyır. Sosial mediada istifadəçilər “Yuventus” azarkeşlərinin bu jestini məsxərə və təxribat kimi qiymətləndiriblər.
Hazırda həm “Yuventus”, həm də “Torino” klublarından rəsmi açıqlama verilməyib.
Bu mövzuda digər xəbərlər:“Yuventus” İtaliya Kuboku ilə vidalaşdı VİDEO
27 Fevral 2025 10:40
İtaliya Superkuboku: Yuventus Milanla üzüzə
03 Yanvar 2025 09:06
İtaliya Kuboku: Yuventus mübarizəni dayandırdı
27 Fevral 2025 02:38
İtaliya Kuboku: Yuventus 1/4 finalda
18 Dekabr 2024 02:01
İtaliya kuboku: “Yuventus”dan darmadağın İdmanXəbər
18 Dekabr 2024 04:21
Baxış sayı:81
Bu xəbər 09 Noyabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















