İtaliya hökuməti pilotlardan nə istəyir?
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İtaliyanın vergi orqanları bu ölkənin ərazisindəki yarışlar zamanı əldə olunan gəlirdən vergilərin ödənilməməsi ilə bağlı şübhələr üzündən “Formula-1” komandalarına və pilotlarına münasibətdə təhqiqata başlayıb.
"Football-plus.az" xəbər verir ki, İtaliyanın müvafiq qurumu ötən illərdə vergi qanunvericiliyinin tələblərinin nə dərəcədə yerinə yetirildiyini yoxlamaq niyyətindədi və artıq pilotlara 2025 mövsümü üçün vergi bəyannamələrinin təqdim olunması ilə bağlı tələb-məktubunu göndərib.
O da qeyd olunur ki, qanunun ardıcıl şəkildə tətbiq olunmaması yoxlama üçün əsas rolunu oynayıb. Qanunda göstərilir ki, ölkə ərazisində keçirilən yarışlarda iştirak edən əcnəbi idmançılar gəlirdən vergi ödəməyə məcburdu. Ödənilməyən verginin məbləğı 50 min avronu aşarsa, bu artıq cinayət məsuliyyəti yaradır və belə qanun pozuntusuna yol verən şəxslər böyük həcmdə cərimə olunur.
Xatırladaq ki, İtaliyada hər il “Formula-1” üzrə dünya çempionatının iki mərhələsi (Montsa, İmola) keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:198
Bu xəbər 27 Aprel 2026 21:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















