Icma.az
close
up
RU
İtaliya ilə əməkdaşlıq Azərbaycanın müdafiə sənayesində müstəqilliyini gücləndirəcək ŞƏRH

İtaliya ilə əməkdaşlıq Azərbaycanın müdafiə sənayesində müstəqilliyini gücləndirəcək ŞƏRH

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Regional təhlükəsizlikdə yeni səhifə açılır 

İyulun 24-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Luçano Portolanonu qəbul edib. Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, italiyalı qonağı salamlayan müdafiə naziri onu ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib.

 Hərbi əməkdaşlığın mövcud vəziyyətini müsbət qiymətləndirən nazir Azərbaycan-İtaliya münasibətlərinin daha da genişləndirilməsinin digər sahələrdə olduğu kimi hərbi sahədə də xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib.

General L.Portolano isə öz növbəsində səmimi qəbula görə general-polkovnik Z.Həsənova minnətdarlığını bildirib. Qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdıran qonaq ölkələrimiz arasında hərbi əməkdaşlığın hər iki ölkə ordusunun inkişafına töhfə verəcəyini vurğulayıb.

İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançeskonun da iştirak etdiyi görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığa, həmçinin regional təhlükəsizliyə dair maraq doğuran məsələlər müzakirə olunub.


 Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Sherg.az-a açıqlamasında  deyib ki, bu görüş təkcə diplomatik xarakter daşımır, hərbi əməkdaşlıq və Azərbaycanın beynəlxalq sistemə inteqrasiyası baxımından da mühüm məqamları əhatə edir:


 “Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Luçano Portolano ilə görüşü, yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, eyni zamanda regional və qlobal təhlükəsizlik müstəvisində strateji əhəmiyyət kəsb edən hadisədir.

İtaliya NATO-nun təsisçi üzvlərindən biri olmaqla yanaşı, bu qurumun əsas hərbi və texnoloji dayaqlarından sayılır. Azərbaycanın İtaliya kimi bir ölkə ilə hərbi sahədə yaxınlaşması, NATO standartlarına uyğun fəaliyyət mexanizmlərinin daha da təkmilləşdirilməsi və Azərbaycan Ordusunun interoperabilitet (əməkdaşlıq qabiliyyəti) səviyyəsinin artırılması baxımından əhəmiyyətlidir. Bu xüsusda birgə təlimlərin keçirilməsi, zabit və əsgərlərin müxtəlif hazırlıq kurslarında iştirak etməsi, dərs mübadilələri və təcrübə paylaşımı NATO ilə əməkdaşlıqda keyfiyyətcə yeni mərhələnin başlanğıcı ola bilər”.


Deputatın sözlərinə görə, İtaliya Avropanın qabaqcıl hərbi sənaye ölkələrindən biridir və texnoloji baxımdan müasir silah sistemləri, pilotsuz uçuş aparatları, radar sistemləri, hava hücumundan müdafiə qurğuları istehsalında böyük təcrübəyə malikdir: 


“Azərbaycanın müdafiə sənayesinin inkişaf etdirilməsi üçün bu təcrübədən yararlanmaq, birgə layihələr icra etmək və hətta texnoloji transfer mexanizmləri üzərində işləmək real imkanlar sırasındadır. Bu cür əməkdaşlıq Azərbaycanın hərbi-texniki müstəqilliyini daha da artırmaqla yanaşı, ölkənin müdafiə qabiliyyətini gücləndirəcək. Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün balanslaşdırılmış və praqmatik xarici siyasət yürüdən Azərbaycan, İtaliya ilə hərbi əməkdaşlıq vasitəsilə bu mövqeyini daha da gücləndirir. İtaliya Avropa İttifaqının və NATO-nun üzvü olmaqla yanaşı, Cənubi Qafqazda sülh təşəbbüslərinin dəstəklənməsi yönündə maraqlı tərəf kimi çıxış edə bilər. Bu isə regionda təhlükəsizlik təhdidlərinin qarşısının alınmasında mühüm rol oynaya bilər”.

A.Nağıyev həmçinin qeyd edib ki, görüş, sadəcə hərbi sahədə deyil, həm də strateji diplomatiya baxımından önəmlidir. Bu cür yüksək səviyyəli görüşlər dövlətlərarası etimadın artmasına, müdafiə sektorunda şəffaflığın və uzunmüddətli tərəfdaşlıq üçün zəminin formalaşmasına xidmət edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 İyul 2025 06:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri