Icma.az
close
up
RU
İtaliya Azərbaycanın maraqlarını müdafiə edən əsas dövlətlərdən biridir ŞƏRH

İtaliya Azərbaycanın maraqlarını müdafiə edən əsas dövlətlərdən biridir ŞƏRH

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 8 may, AZƏRTAC

Prezident İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü həm ikitərəfli münasibətlər, həm də regional və qlobal siyasət baxımından çoxşaxəli məna daşıyır. Azərbaycan uzun illərdir balanslı və çoxvektorlu diplomatiya yürüdür. İlham Əliyevin siyasəti həm Qərb, həm də Şərq dövlətləri ilə əməkdaşlığı paralel şəkildə inkişaf etdirməklə milli maraqları qorumağa yönəlib. Göründüyü kimi, İtaliya ilə münasibətlər bu xəttin Avropa istiqamətində ən mühüm dayaqlarından biridir. İtaliya Avropa İttifaqında Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və enerji sahəsində strateji müttəfiqdir.

Politoloq Aydın Tağıyev AZƏRTAC-a bildirilib ki, ikitərəfli görüşün mərkəzində enerji məsələləri dayanır, Azərbaycan Avropanın enerji təhlükəsizliyində alternativ və etibarlı mənbə kimi çıxış edir.

“Digər tərəfdən xüsusilə vurğulamaq istərdim ki, Cənub Qaz Dəhlizi layihəsi və onun genişləndirilməsi Avropa üçün həyati əhəmiyyət daşıyır. İtaliyanın bu dəhlizin son nöqtəsi olması Azərbaycanın Avropa enerji xəritəsindəki rolunu daha da gücləndirir. İtaliya Nazirlər Şurasının sədri Meloninin Azərbaycanı “körpü” kimi təqdim etməsi ölkəmizin həm enerji, həm də siyasi sabitlik baxımından Avropa ilə Cənubi Qafqaz arasında strateji bağ olduğunun bariz nümunəsidir. Ölkələrimiz arasında iqtisadi və mədəni əməkdaşlıq uğurla davam edir. Bu mühim görüşdə yalnız enerji deyil, həm də investisiya, infrastruktur və mədəni əlaqələr müzakirə olunub. İtaliya Azərbaycanın Avropada ən böyük ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, mədəniyyət sahəsində də uzunmüddətli əməkdaşlıq aparır. Bu, iki ölkə arasında münasibətlərin yalnız iqtisadi deyil, həm də humanitar mədəni əsaslara söykəndiyini göstərir. İlham Əliyevin uğurlu siyasətinin nəticəsi kimi regional sabitlik və sülh gündəliyi xüsusi vurğulanmalıdır. Bu konsept Azərbaycanın Cənubi Qafqazda oynadığı aparıcı rolu və diplomatik təşəbbüslərinin strateji mahiyyətini açır”, - deyə politoloq qeyd edib.

Aydın Tağıyev əlavə edib ki, İtaliya ilə strateji tərəfdaşlıq bu mövqeyi gücləndirir və Avropa dövlətlərinin regionda sülh prosesinə dəstəyini artırır: “Bu, eyni zamanda Ermənistanla münasibətlərin normallaşması və regionda yeni əməkdaşlıq formatlarının yaranması üçün əlavə imkanlar açır. Onu da xüsusi vurğulamaq istərdim ki, Azərbaycan və İtaliya NATO çərçivəsində tərəfdaşdır. Bu, təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsinə şərait yaradır. Avropa İttifaqı ilə münasibətlərdə İtaliya Azərbaycanın maraqlarını müdafiə edən əsas dövlətlərdən biridir. Bu görüş həmin xəttin davamlılığını təsdiqləyir.

İlham Əliyev və Ciorcia Meloni arasında keçirilən görüş Azərbaycan-İtaliya münasibətlərini yeni strateji mərhələyə yüksəldir. Bu, Azərbaycanın Avropa enerji təhlükəsizliyində rolunu gücləndirməklə yanaşı, ölkəmizin regional liderlik mövqeyini möhkəmləndirir. Görüş həm ikitərəfli əməkdaşlıq, həm də regional sabitlik baxımından yeni imkanlar açır və Azərbaycanın uğurlu xarici siyasətinin bariz nümunəsi kimi tarixə düşür”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2026 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see313

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see305

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see272

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see253

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see253

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see251

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see236

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see233

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see229

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see208

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see208

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see207

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see206

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see205

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see202

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see197

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see196

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri