İtaliya İsrail Fələstin münaqişəsində iki dövlətli həllin tərəfdarıdır
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Roma, 25 sentyabr, AZƏRTAC
İtaliya İsrail-Fələstin münaqişəsində iki dövlətli həllin tərəfdarıdır.
AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında deyib.
Baş nazir bildirib ki, ölkəsi iki dövlətli həll haqqında Nyu-York Bəyannaməsini imzalayıb. Bu, İtaliyanın Fələstin məsələsində tarixi mövqeyidir, heç vaxt dəyişməyib.
“Müharibəyə son qoymaq üçün konkret həll yollarına ehtiyac var. Çünki sülh təkcə çağırışlarla və ya sülh istəməyənlərin qəbul etdiyi ideoloji çağırışlarla qurulmur. Sülh səbirlə, cəsarətlə, ağlabatanlıqla qurulur”, - deyə o qeyd edib.
Ciorcia Meloni Fələstin dövlətinin rəsmən tanınması ilə bağlı isə bunları deyib: “Hesab edirik ki, Fələstinin tanınmasının iki mühüm ilkin şərti olmalıdır: bütün israilli girovların azad edilməsi və HƏMAS-ın Fələstinin idarə olunmasında hər hansı rolundan imtina etməsi”.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 25 Sentyabr 2025 19:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















