İtaliya kənd təsərrüfatında əlavə dəyərə görə Aİ də birincidir AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Roma, 23 yanvar, AZƏRTAC
İtaliya Avropa İttifaqına (Aİ) üzv 27 dövlət arasında ötən il kənd təsərrüfatında ən yüksək əlavə dəyərə malik ölkə olub.
AZƏRTAC xəbər verir ki, İtaliya Milli Statistika İnstitutunun (ISTAT) məlumatına görə, 2024-cü ildə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı 1,4 faiz, əlavə dəyər isə 3,5 faiz artıb. İl ərzində kənd təsərrüfatı sektorunda 42,4 milyard avroya bərabər əlavə dəyər formalaşıb. Buna əsasən bitkiçilik və heyvandarlıqda istehsal həcminin artması öz təsirini göstərib.
İtaliyanın Baş naziri Ciorcia Meloni kənd təsərrüfatındakı artım tendensiyasını və əlavə dəyər göstəricisini tarixi rekord adlandırıb.
Qeyd edək ki, keçən il İspaniyada kənd təsərrüfatında 39,5 milyard avroluq, Fransada 35,1 milyard avroluq və Almaniyada 31,9 milyard avroluq məhsul istehsal olunub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 23 Yanvar 2025 06:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















