İtaliya klubu cinsi orqanını əməliyyat etdirib şəkillərini paylaşan əməkdaşını işdən çıxardı
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İtaliyanın "Latsio" klubunda şahin quşunu oyunlarda nümayiş etdirən Xuan Bernabe cinsi orqanının əməliyyatdan sonrakı şəkillərini paylaşdığı üçün işdən qovulub.
Oxu.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, iki uşaq atası olan Bernabe 30 il əvvəl düşdüyü qəzadan sonra xayasını itirib. İllər sonra həkimə müraciət edən Bernabeni elə "Latsio" klubunun tibbi heyətinə daxil olan uroloq-androloq cərrah Qabriele Antonini əməliyyat edib.
Nəticədən xeyli məmnun qalan X.Bernabe sosial şəbəkələrdə cinsi orqan protezinin müxtəlif rakurslardan çəkilmiş foto və videolarını dərc edib. Qalmaqala səbəb olan bu hərəkətdən sonra klub rəsmiləri onun barəsində tədbir görməyə məcbur olublar.
Xatırladaq ki, Xuan Bernabe 2021-ci ildə "faşist salamı"na görə "Latsio" klubundan qovulsa da, bir müddət sonra yenidən işə götürülmüşdü.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 14 Yanvar 2025 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















