İtaliya məşhur hava yolları şirkətini 256 milyon avro cərimələdi
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
İtaliyanın Antiinhisar İdarəsi məşhur hava yolları şirkəti olan "Ryanair"i təxminən 256 milyon avro məbləğində cərimələyib.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sözügedən idarədən məlumat verilib.
Məlumata görə, buna şirkətin bazarda dominant mövqedən sui-istifadə etməsi səbəb olub.
Ətraflı araşdırmadan sonra müəyyən edilib ki, "Ryanair" turizm şirkətlərinə, onlayn səyahət agentlərinə və pərakəndə satıcılara iqtisadi və ya texniki çətinliklər törətməklə digər şirkətlərin aviabiletlərinin alınmasına maneə yaradıb.
Qeyd edək ki, mərkəzi ofisi İrlandiyada yerləşən "Ryanair" ən çox sərnişin daşıyan aviaşirkətlərdən biridir. Şirkət daha çox Avropa ölkələrinə ucuz uçuşlar təklif edir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 23 Dekabr 2025 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















