Məhkəmə məşhur sərnişindaşıma şirkətini CƏRİMƏLƏDİ
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Çinar Trans” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) barəsində inzibati protokol tərtib edilib.
Modern.az "Yurd.Media"ya istinadla xəbər verir ki, Bakı şəhəri və Abşeron rayonu ərazisində müntəzəm şəhərdaxili və şəhərətrafı sərnişindaşıma xidmətləri göstərən şirkət tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditi aparılmayıb.
Bununla da MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib olunub.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə MMC 1500 manat cərimə olunub.
Qeyd edək ki, “Çinar Trans” MMC Bakıda 133, 193, 202, 214, 214A və 569 nömrəli müntəzəm marşrut xətlərinin istismarını həyata keçirir. Nizamnamə kapitalı cəmi 10 manat təşkil edən şirkət 2022-ci ildən fəaliyyət göstərir, direktoru İsmayıl Hüseynovdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 23 Sentyabr 2026 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















