İtaliya müharibəyə hazır deyil
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İtaliya nə Rusiyadan, nə də digər dövlətlərdən gələ biləcək hücuma qarşı hazırdır.
Modern.az xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Gvido Krozetto bildirib.
Nazir “The Guardian” nəşrinə müsahibəsində son 20 ildə müdafiə sahəsinə kifayət qədər vəsait ayrılmadığını və bunun nəticəsində yaranan boşluğu qısa müddətdə doldurmağın çətin olduğunu qeyd edib.
“Biz nə Rusiya hücumuna, nə də başqa bir ölkənin hücumuna hazırıq. Bunu uzun müddətdir deyirəm. Bizim vəzifəmiz ölkəni elə vəziyyətə gətirməkdir ki, əgər hər hansı bir dəli bizə hücum etmək qərarına gəlsə, müdafiə oluna bilək. Burada söhbət Putindən getmir, ümumilikdə hər kəsdən gedir”, - deyə Krozetto vurğulayıb.
Nazir Ukraynadakı müharibəyə də toxunub və beynəlxalq ictimaiyyəti yaxın həftələrdə aktiv tədbirlər görməyə çağırıb:
“Əgər mövcud vəziyyət dəyişməsə, vəziyyət yalnız pisləşə bilər. Bu, hər birimiz üçün dramatik nəticələr doğura bilər. Kursu dəyişmək üçün əlimizdən gələni etməliyik.”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 16 Sentyabr 2025 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















