İtaliya Rusiyanın hücumuna hazır deyil Nazir
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İtaliya Rusiyanın hücumuna hazır deyil.
Bakıvaxtı.az “The Guardian”a istinadən xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Quido Krosetto jurnalistlərə açıqlamasında bildirib.
Nazir dronların Polşanın hava məkanını pozması fonunda Rusiya ilə NATO arasında gərginliyin artdığı bir vaxtda bəyan edib ki, İtaliya “Rusiya hücumuna hazır deyil”.
Krosetto bildirib ki, İtaliya hərbi hücuma cavab vermək üçün lazımi hazırlığa malik deyil. O, bunun səbəbini müdafiə sahəsinə son 20 ildə yetərincə sərmayə qoyulmaması ilə izah edib.
“Mən bunu uzun müddətdir deyirəm. Düşünürəm ki, vəzifəmiz ölkəni elə bir vəziyyətə gətirməkdir ki, əgər hər hansı bir dəli – təkcə Putini yox, istənilən birini nəzərdə tuturam – bizə hücum etməyə qərar versə, özümüzü qoruya bilək”, - nazir qeyd edib.
İtaliya NATO ölkələri ilə birlikdə ölkə əhalisinin narazılığına baxmayaraq qarşıdakı onillik ərzində müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa razılaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 16 Sentyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















