Icma.az
close
up
RU
İtaliya ölkəmizin ən böyük ticarət tərəfdaşıdır

İtaliya ölkəmizin ən böyük ticarət tərəfdaşıdır

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bu il 18 istiqamətdə 65 tədbir gerçəkləşdiriləcək

Bakıda Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclası keçirilib. İclas çərçivəsində iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, indiki görüş Azərbaycan ilə İtaliya arasında əlaqələrin strateji səviyyəyə yüksəldiyini açıq şəkildə nümayiş etdirir. İki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulayan nazir qeyd edib ki, İtaliya hazırda Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və ümumi ticarət dövriyyəsinin 25 faizi bu ölkənin payına düşür.

P.Şahbazov İtaliyanın Orta Dəhliz layihəsi çərçivəsində Avropa üçün mühüm logistika mərkəzinə çevrilə biləcəyini də vurğulayıb. O bildirib ki, Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq təkcə enerji sahəsi ilə məhdudlaşmır, hərbi-texniki sahələr də daxil olmaqla müxtəlif istiqamətlərdə uğurla inkişaf edir. Eyni zamanda, İtaliya Azərbaycanın işğaldan azad edilmiş ərazilərində layihələrə cəlb olunan ilk ölkələrdən biridir.

Qeyd olunub ki, indiyədək Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya 54,3 milyard kubmetr qaz nəql olunub. TAP Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməklə yanaşı, İtaliyanın etibarlı qaz təchizatında da xüsusi rol oynayır. Belə ki, bu kəmər vasitəsilə İtaliya indiyədək 45,4 milyard kubmetr Azərbaycan qazı ilə təmin edilib.

Azərbaycanla Mərkəzi Asiya, Türkiyə və Avropa arasında regional “yaşıl enerji” dəhlizi təşəbbüsləri Azərbaycan–İtaliya əlaqələri üçün yeni imkanlar barədə də fikir səsləndirilib. Bu kontekstdə İtaliyanın “CESI” şirkətinin Xəzər–Qara dəniz–Avropa və Mərkəzi Asiya–Azərbaycan yaşıl enerji dəhlizləri layihələrinin texniki-iqtisadi əsaslandırmalarının hazırlanmasında məsləhətçi tərəfdaş kimi iştirak etdiyi qeyd olunub.

Daha sonra iclasda Azərbaycanın ötən il SOCAR vasitəsilə 10 milyon 340 min ton neft və ümumilikdə, 9,5 milyard kubmetr qaz tədarük etməklə İtaliyanın xam neft üzrə əsas, təbii qaz üzrə isə ikinci ən böyük təchizatçısı mövqeyini qoruyub saxladığı bildirilib. Qeyd edək ki, İtaliya Azərbaycanın Avropada neft və qaz üzrə ən böyük alıcısıdır və ümumi neft ixracının təxminən 45 faizi, qaz ixracının isə 38 faizi bu ölkənin payına düşür.

Xatırladaq ki, indiyədək İtaliyadan Azərbaycana 805 milyon ABŞ dolları məbləğində investisiya yatırılıb. Onun sözlərinə görə, Azərbaycanın ixracının 46,7 faizi İtaliyanın payına düşür. Ümumilikdə, indiyədək Azərbaycandan İtaliyaya 342 milyon dollar, İtaliyadan isə Azərbaycana 805 milyon dollar həcmində investisiya qoyulub. Nazir əlavə edib ki, Azərbaycan Dövlət Neft Fondunun İtaliyadakı investisiya portfelinin bazar dəyəri 2,8 milyard dollar təşkil edir və bu göstəricilərin artırılması üçün sərmayələrin təşviqi və qarşılıqlı qorunmasına dair sazişin imzalanması zəruri məsələlərdən biridir.

Sonda Azərbaycan və İtaliya arasında Hökumətlərarası Komissiyanın VI iclasının protokolu imzalanıb. Bununla yanaşı, 2026–2027-ci illəri əhatə edən, 18 istiqamət üzrə 65 tədbirin icrasını nəzərdə tutan Fəaliyyət Planı qəbul edilib.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Yanvar 2026 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri