Icma.az
close
up
RU
BƏƏ ölkəmizin strateji tərəfdaşıdır

BƏƏ ölkəmizin strateji tərəfdaşıdır

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Beynəlxalq münasibətlərdə tərəfdaşlıqların real çəkisi onların nə qədər qədim olmasında deyil, hansı mərhələlərdən keçərək formalaşmasında və hansı geosiyasi məntiq üzərində qurulmasındadır. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər məhz bu baxımdan diqqətəlayiq nümunədir. İki dövlət arasındakı əlaqələr klassik “ikili diplomatik münasibət” çərçivəsindən çıxaraq, zamanla qarşılıqlı etimad, siyasi uyğunluq və strateji maraqların kəsişdiyi çoxşaxəli əməkdaşlıq modelinə çevrilib.

1992-ci ildə diplomatik münasibətlərin qurulması Azərbaycan üçün yeni müstəqil dövlət olaraq beynəlxalq tanınma prosesinin bir hissəsi idi. Həmin mərhələdə Bakı üçün əsas prioritetlər siyasi legitimliyin möhkəmləndirilməsi, regional təhlükəsizliyin təmin edilməsi və xarici tərəfdaş şəbəkəsinin genişləndirilməsi idi. BƏƏ ilə əlaqələr də bu kontekstdə formalaşır və uzun müddət daha çox protokol xarakteri daşıyırdı. Tərəflər bir-birini tanıyır, lakin hələ bir-birini strateji aktor kimi oxumurdu.

Münasibətlərin mahiyyət etibarilə dəyişməsi isə təsadüfi deyildi. 2000-ci illərin ortalarına doğru həm Azərbaycan, həm də BƏƏ regional siyasətdə daha iddialı və müstəqil oyunçu kimi çıxış etməyə başladı. Azərbaycan enerji siyasəti vasitəsilə Avrasiya məkanında etibarlı tərəfdaş imicini formalaşdırır, BƏƏ isə Körfəz regionunun çərçivəsindən çıxaraq qlobal investisiya və diplomatik aktora çevrilirdi. Məhz bu mərhələdə tərəflərin maraqları kəsişməyə başladı.

2006-cı ildə Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı oldu. Əlaqələr artıq uzunmüddətli planlama və qarşılıqlı fayda məntiqi üzərində qurulmağa başladı. Vacib məqam ondan ibarətdir ki, bu iki dövlətin yaxınlaşması heç vaxt emosional və ya situativ xarakter daşımadı. Azərbaycan və BƏƏ münasibətləri ideoloji bloklaşma üzərində deyil, praqmatik suverenlik yanaşması üzərində inkişaf etdirdi. Hər iki tərəf üçün əsas prinsip daxili işlərə qarışmamaq, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı maraqların balanslaşdırılmaq idi.

Zaman keçdikcə bu tərəfdaşlıq daha geniş regional kontekst qazanmağa başladı. Xüsusilə Cənubi Qafqazda münaqişə sonrası reallıqların formalaşdığı dövrdə BƏƏ-nin Azərbaycanın mövqelərinə açıq və ardıcıl dəstək verməsi münasibətlərin sırf iqtisadi əməkdaşlıqdan strateji həmrəyliyə keçdiyini göstərdi. Məhz bu baxımdan 2025-ci ildə baş verən proseslər əvvəlki illərdə qurulan siyasi etimadın məntiqi nəticəsi kimi çıxış edir. Şuşada keçirilən görüşlər, imzalanan sənədlər və seçilən siyasi platformalar onu göstərir ki, Azərbaycan–BƏƏ münasibətləri regional və qlobal proseslərə təsir edə bilən yetkin strateji xəttə çevrilib. 2025-ci ilin iyulunda Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan birbaşa görüş regional diplomatiyada keyfiyyətcə yeni mərhələnin başlanğıc oldu. Görüşün ən mühüm xüsusiyyəti vasitəçilərsiz formatda keçirilməsi idi.

Əmirliklərin bu prosesdə rolu klassik vasitəçilik anlayışından fərqlənirdi. Burada diktə edən, istiqamət göstərən və ya tərəfləri müəyyən çərçivəyə salan aktor yox idi. Əbu-Dabi, sadəcə siyasi dialoq üçün təhlükəsiz və neytral mühit yaratdı. Eyni zamanda, prosesin Qərb–Rusiya rəqabətindən kənar müstəvidə aparılması danışıqlara əlavə elastiklik gətirdi.

***

Beynəlxalq siyasətdə məkan heç vaxt neytral olmur. Xüsusilə postmünaqişə reallıqlarında danışıqların harada aparılması bəzən imzalanan sənədlərin məzmunundan daha güclü siyasi mesaj daşıyır. BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın 2025-ci ilin sentyabrında Azərbaycana səfəri çərçivəsində əsas danışıqların Şuşada keçirilməsi məhz bu kontekstdə oxunmalıdır.

Şuşa bu gün Azərbaycan üçün müharibədən sonrakı siyasi legitimliyin, suverenliyin bərpasının və yeni regional status-kvonun simvoludur. Xarici dövlət rəhbərinin bu məkanda rəsmi danışıqlar aparması, faktiki olaraq, münaqişənin nəticələrini tanımaq, postmünaqişə reallıqlarını qəbul etmək deməkdir. BƏƏ rəhbərliyinin bu addımı atması isə Əbu-Dabinin Cənubi Qafqazda balanslı, lakin prinsipial mövqe tutduğunu göstərdi. Elə bu nöqtədə vacib bir məqam üzərində dayanmaq istərdik: BƏƏ region dövlətləri üçün xarakterik olan ehtiyatlı diplomatiya modelini qoruyaraq, eyni zamanda, siyasi jestlərdən çəkinməyən nadir aktorlardandır. Şuşa səfəri nə Ermənistan əleyhinə ritorika, nə də açıq qarşıdurma xətti idi. BƏƏ-nin bu addımı, əksinə, beynəlxalq hüququn əsas prinsiplərinə – dövlətlərin ərazi bütövlüyünə hörmət yanaşmasına söykənən sakit, lakin qəti mövqenin ifadəsi idi.

Şuşada aparılan danışıqların mahiyyəti də məkanın verdiyi siyasi mesajla uzlaşırdı. Burada imzalanan sənədlər regionun gələcək iqtisadi və siyasi arxitekturasına dair baxışı da ehtiva edirdi. Enerji marşrutları, nəqliyyat-logistika xəttləri, sənaye və rəqəmsal layihələr kimi sahələrin məhz Şuşada müzakirə edilməsi Azərbaycanın Qarabağı gələcək regional inkişafın mərkəzlərindən biri kimi təqdim etdiyini göstərdi. Şuşa danışıqları ilə Azərbaycan bir daha nümayiş etdirdi ki, Qarabağ məsələsi onun üçün bağlanmış mövzudur və artıq bu ərazi beynəlxalq əməkdaşlığın, investisiyanın və diplomatik fəaliyyətin legitim platformasına çevrilib. Xarici tərəfdaşın bu platformanı qəbul etməsi isə Azərbaycanın narrativini gücləndirən əsas faktorlardan biri oldu.

***

Beynəlxalq münasibətlərdə “strateji tərəfdaşlıq” anlayışı tez-tez ritorikaya çevrilir və bəzən real məzmundan daha çox diplomatik etiketi xatırladır. Lakin Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında Şuşada imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu anlayışın formal çərçivədən kənara çıxdığı nadir nümunələrdəndir. Burada söhbət tərəflərin bir-birini uzunmüddətli geosiyasi planlamada etibarlı aktor kimi qəbul etməsindən gedir. Siyasi baxımdan Bəyannamənin ən mühüm mesajı tərəflərin suverenlik və daxili işlərə qarışmamaq prinsipini açıq şəkildə önə çəkməsidir. Azərbaycan üçün bu addım müstəqil xarici siyasət kursunun beynəlxalq tərəfdaş tərəfindən qəbul edilməsi deməkdir. BƏƏ üçün isə mövcud durum ideoloji şərtlər irəli sürmədən əməkdaşlıq edə bilən etibarlı tərəfdaş imicini möhkəmləndirir.

Bəyannamənin diqqətdən kənarda qalan, lakin mühüm aspektlərindən biri də regional sabitliyə dolayı təsir potensialıdır. Sənəddə təhlükəsizlik məsələləri birbaşa hərbi müstəvidə qoyulmasa da, iqtisadi inteqrasiya və humanitar əməkdaşlıq vasitəsilə sabitliyin təşviqi xətti açıq şəkildə hiss olunur.

İnvestisiya əməkdaşlığı Azərbaycan–BƏƏ münasibətlərində siyasi etimadın ölçü vahididir. Xarici kapital yalnız stabil hüquqi mühitə və proqnozlaşdırılan siyasi kursa yönəlir. Məhz bu baxımdan Əmirliklərin Azərbaycan iqtisadiyyatında artan iştirakı Bakının regionda etibarlı və uzunmüddətli tərəfdaş kimi qəbul edildiyini göstərir.

420-dən artıq BƏƏ kapitalı ilə fəaliyyət göstərən şirkətin Azərbaycanda müxtəlif sahələri əhatə etməsi investisiyaların dar bir sektorda cəmləşmədiyini, əksinə, struktur iqtisadi maraqlara əsaslandığını nümayiş etdirir. Sənaye, kənd təsərrüfatı, logistika, tikinti və xidmət sahələrinə yönələn sərmayələr Azərbaycanın iqtisadi modelinin transformasiyasına uyğun gəlir. Xüsusilə postmünaqişə dövründə azad edilmiş ərazilərin iqtisadi dövriyyəyə qaytarılması fonunda bu investisiyalar strateji əhəmiyyət qazanır. Əvəzində Azərbaycan kapitalının BƏƏ iqtisadiyyatına daxil olması münasibətlərin birtərəfli xarakter daşımadığını göstərir. Bakı bu əməkdaşlıqda qlobal bazarlarda aktiv iştirak edən iqtisadi aktor kimi çıxış edir. Burada diqqətçəkən əsas məqam ondan ibarətdir ki, tərəflər sürətli qazanc modelindən çox, uzunmüddətli layihələrə üstünlük verir. Bütün bunlar isə siyasi etimad olmadan mümkün deyil. İnvestisiya münasibətləri beləliklə, diplomatik yaxınlığın nəticəsi olmaqla yanaşı, onu möhkəmləndirən faktora çevrilir.

Son olaraq qeyd edək ki, Azərbaycan–BƏƏ münasibətləri regional və qlobal proseslərə təsir göstərə bilən yetkin tərəfdaşlıq modelinə çevrilib və bu model hesablanmış maraqlardan və institusional etimaddan doğan əlaqələrin dayanıqlı ola biləcəyini göstərən nümunə kimi çıxış edir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see584

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see239

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see238

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see226

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see209

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see203

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see186

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see161

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see152

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri