Icma.az
close
up
RU
İtaliya PURL dan niyə qaçır? Sülh, yoxsa büdcə çöküşü?

İtaliya PURL dan niyə qaçır? Sülh, yoxsa büdcə çöküşü?

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İtaliya ABŞ silahlarının Ukrayna üçün alınmasını nəzərdə tutan NATO proqramında (PURL) iştirak etməyəcək, çünki artıq sülh danışıqları başlayıb.

Bu sözləri İtaliya xarici işlər naziri Antonio Tajani deyib.

“Əgər razılaşma əldə etsək və döyüşlər dayansa, silaha ehtiyac olmayacaq. Başqa şeylər lazım olacaq, məsələn, təhlükəsizlik zəmanətləri…”, – deyə Tajani bildirib.

“Blumberq” nəşri isə qeyd edir ki, bu açıqlamalar İtaliya hökumətinin Ukrayna ilə bağlı strategiyasında dəyişiklik olduğunu göstərir. Bu, həm ölkənin öz büdcə problemləri, həm də hakim koalisiya daxilində gərginlik fonunda baş verir:

“Tajaninin bu açıqlamaları Avropanın əsas müdafiə lobbi təşkilatı – Aerokosmik, Təhlükəsizlik və Müdafiə Sənayesi Assosiasiyasının mövqeyi ilə ziddiyyət təşkil edir. Assosiasiya çərşənbə axşamı xəbərdarlıq etmişdi ki, Ukraynada atəşkəs perspektivinə baxmayaraq, qitə müdafiə məhsullarının istehsalını artırmağa davam etməlidir”.

Bəs görəsən, İtaliyanın PURL proqramında iştirakdan imtina etməsi sırf sülh danışıqlarına inanması ilə bağlıdır, yoxsa bu, daha çox daxili siyasi və büdcə problemlərinin diktə etdiyi addımdır?

Ümumiyyətlə, İtaliyanın PURL proqramında iştirakdan imtina etməsi bir çoxlarının düşündüyü kimi təkcə “sülh danışıqlarına ümid”lə bağlı sadəlövh addım deyil. Bu qərarın arxasında həm daxili siyasi gərginlik, həm də İtaliyanın ağır büdcə reallıqları durur.

Tajaninin “danışıqlar başlayıb, razılaşma olarsa silaha ehtiyac qalmayacaq” fikri daha çox siyasi mesaj xarakteri daşıyır. Bu, real prosesdən daha çox İtaliyanın özündə artan narazılıqları sakitləşdirməyə, hökumətin daxilindəki parçalanmanı yumşaltmağa yönəlmiş bəyanat kimi görünür. Hökumət uzun müddətdir ki, iqtisadi sıxıntılar, artan büdcə kəsiri və sosial öhdəliklərin yerinə yetirilməsi ilə bağlı təzyiq altındadır.

Belə bir fonda silah proqramlarına əlavə milyonların ayrılması həm cəmiyyət, həm də koalisiya daxilində tənqid doğururdu. Roma indi bu yükü azaltmaq üçün “sülh dalğasına minən” ritorikadan istifadə edir: yəni qərar daxili problemlərdən qaynaqlanır, amma bunu beynəlxalq arenada sülh təşəbbüsü kimi təqdim etməyə çalışırlar.

Bundan başqa, İtaliyanın bu addımı Avropa müdafiə sənayesi lobbiləri ilə açıq ziddiyyət təşkil edir. Bu isə göstərir ki, qərar strateji planlaşdırmadan çox siyasi hesablama nəticəsidir.

Nəticə etibarilə, İtaliyanın PURL-dan çıxması sülh danışıqlarına inamdan daha çox, Roma hökumətinin özünü xilas etmə instinkti ilə bağlıdır. Hökumət büdcə yükündən qaçır, amma bunu diplomatik sülh jesti kimi paketləyir.

Elmar

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Dekabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri