Icma.az
close
up
RU
Avropa siyasi elitasının çöküşü...

Avropa siyasi elitasının çöküşü...

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Pərvanə SULTANOVA
[email protected]

Hazırda dünyada mövcud olan qarşıdurmalar, münaqişələr, müharibələr həm də lider problemindən qaynaqlanır. Bu gün xüsusilə Avropada lider böhranı yaşanır. Rusiya-Ukrayna məsələsində bu, özünü daha qabarıq şəkildə göstərir. Avropa İttifaqı liderləri indiyədək bu münaqişənin həlli üçün heç bir əsaslı addım ataraq qərar qəbul edə bilməyiblər. Hətta Trampla Avropa İttifaqı liderləri arasında Ukrayna məsələsində müəyyən fikir ayrılığı yarananda da Avropada etiraf etdilər ki, Amerikasız heç nə edə bilməyəcəklər.

Avqustun 18-də Ağ Evdə Rusiya-Ukrayna mövzusu üzrə Trampla Avropa liderləri və NATO-nun baş katibi Mark Ruttenin görüşü lider böhranını bir daha qabarıq şəkildə göstərmiş oldu. Avropa liderləri Trampın qarşısında çox zəif, sıxılmış vəziyyətdə, sanki məktəbli partası arxasında oturmuş kimi görünürdülər. Bu, həm də Avropa siyasi elitasının çöküşünün, Avropa İttifaqının zəif durumunun şəkli idi. Onlar nəinki Rusiya-Ukrayna münaqişəsi, ümumiyyətlə hansısa problemin həllində heç bir rol oynaya bilməyiblər, əksinə, vəziyyəti daha da gərginləşdiriblər.

Elə Azərbaycan nümunəsini yada salaq. Ermənistanla Azərbaycan arasında guya nizamlanma ilə məşğul olan “Brüssel platforması”nın aqibəti, Makronun dağıdıcı rolunu xatırlatmaq kifayət edir. Avropa siyasi elitasının çöküşünün bir səbəbkarı da məhz Makrondur, eyni zamanda, qurumun rəhbər şəxslərinin korrupsiya əməlləri də yaddan çıxmamalıdır. Tramp müharibələrə, münaqişələrə son qoymağa, problemləri sülh yolu ilə həll etməyə çalışır, Aİ liderləri isə əksinə, vəziyyəti daha da alovlandırır. Bayden administrasiyası dönəmində əlbir olaraq Ukraynanı hazırkı çətin vəziyyətə saldılar. Tramp onlara bələd olduğu üçün Ukrayna böhranının təkbaşına həlli ilə məşğuldur.

Bu görüşdən təxminən 10 gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev həmin Oval kabinetdə oldu, ABŞ lideri ilə çox səmimi, qarşılıqlı hörmət əsasında, bərabərhüquqlu danışıqlar apardı. ABŞ liderinin Azərbaycan Prezidentinə münasibəti, yanaşması bütün dünyanın diqqətində oldu.

Trampın İlham Əliyevə xitabən söylədiyi “Xalqınız böyük xalqdır. Siz böyük lidersiniz” fikirləri, eyni zamanda, nadir hallarda hədiyyə verdiyi Ağ Evin rəmzi açarını dövət başçısına təqdim etməsi ona hörmətinin, münasibətinin nümayişi idi. İndi iki görüntünün özü hər şeyi deyir, yəni “danışan fotolar” Trampın liderlərə yanaşmasını əks etdirir.

Təbii ki, burada Azərbaycanın dövlət başçısının liderlik xüsusiyyətləri, qətiyyəti, uzaqgörən siyasəti, nüfuzu, regionda təhlükəsizliyin, sabitliyin qarantı olması öz sözünü deyir.

İlham Əliyev bu ilin fevralında Çinin CGTN telekanalına müsahibəsində liderliklə bağlı maraqlı fikirlər səsləndirib: “Liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir, nəticədə bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhranla nəticələnir.

Lakin bizə gəldikdə, iyirmi ildən artıq müddət ərzində mən həmişə Azərbaycan xalqına həqiqəti söyləmişəm. Bu həqiqətin müsbət və ya mənfi olmasından asılı olmayaraq. Həmişə xalqıma biz ədaləti bərpa edəcəyik söyləmişəm və xalqım da mənə inanıb. 17 il hakimiyyətdə olandan sonra biz, nəhayət, vəd etdiklərimizi yerinə yetirdik və suverenliyimizi, ərazi bütövlüyünü və ləyaqətimizi bərpa etdik. Beləliklə, ictimaiyyətin dəstəyini əldə etmək istəyən liderlərə məsləhətim o olardı ki, həmişə həqiqəti söyləyin və beynəlxalq təzyiqdən, beynəlxalq mediadan asılı olmayaraq, haqqınızda nə dediklərindən, sizi necə adlandırdıqlarından, sizi necə təhqir etmələrindən asılı olmayaraq, ölkəniz üçün doğru olanı edin. Beləliklə, siz özünüz və ölkəniz uğur qazanmış olacaqsınız".

Milli Məclisin deputatı Hikmət Babaoğlu “525”ə şərhində Avropada lider böhranının səbəblərinə toxunub, eyni zamanda Azərbaycan Prezidenti və Aİ dövlət başçıları ilə Trampın görüşünü müqayisə  edib. Onun sözlərinə görə, hazırda beynəlxalq münasibətlər sistemində dərin bir lider problemi var. Yaranmış münaqişələrin, müharibələrin bir səbəbi də liderlərin doğru-düzgün, uzaqgörən qərarlar qəbul edə bilməmələrinin nəticəsidir: “Avropada isə bu, böhran həddinə çatıb. Yəni Avropada lider böhranı var. Biz ABŞ Prezidenti Donald Tramp və Avropa İttifaqı liderlərinin görüşündə bunun nə dərəcədə dramatik forma aldığını gördük”.

Deputat bildirib ki, lidersizlik məhz bugünkü dünya nizamındakı xaosun əsas səbəblərindən biridir: “Bizim bəxtimiz onda gətirib ki, tarixin bu mürəkkəb mərhələsində çox güclü liderimiz var. Qətiyyətli, doğru, uzaqgörən qərar qəbul etmək və hansı qərarı nə vaxt qəbul edib, nə vaxt onun icrası üçün addımlar atmaq kimi yüksək liderlik keyfiyyətinə malik olan Prezidentimiz var. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər addımda yeni liderlik keyfiyyətlərini nümayiş etdirir. Elə ABŞ Prezidenti ilə görüş zamanı da biz liderliyin nə olduğunu və necə olduğunu bir daha gördük və bütün dünya bunu gördü.  Bu gün ABŞ-ın özünəməxsus liderlik keyfiyyətləri var ki, bunun da başlıca göstəricilərindən biri özünün öz liderliyinə daxili inamının olmasıdır. Ona görə də Avropa liderləri, dünya liderləri onunla görüşən zaman bir növ bu inam qarşısında sarsılırlar. Azərbaycan Prezidenti isə ABŞ lideri ilə görüşən zaman liderlik keyfiyyətlərinin nə qədər güclü olduğunu bir daha göstərmiş oldu. Yəni bu dostcasına, sözün əsl mənasında iki prezidentin görüşü kimi yadda qaldı. Mənə elə gəlir ki, bu, daim xatırlanacaq bir hadisəyə çevrildi. Çünki Prezident İlham Əliyevə qədər bütün prezidentlər bu və ya digər şəkildə Trampın önündən əzilmiş şəkildə geri çəkilirdilər, ancaq Azərbaycan lideri prezidentliyin bütün keyfiyyətlərini nümayiş etdirərək əsl Prezidentin necə olmasını da göstərmiş oldu. Sosial psixologiya izah edir ki, iki şəxs və yaxud iki lider görüşən zaman onların psixoloji enerjisi toqquşur. Əgər birinin psixoloji enerjisi daha güclüdürsə, o, artıq bəri başdan qalib hesab olunur. Bu psixoloji enerjini yaradan səbəblər isə daxili inamdır, öz gücünə arxalanmaqdır, gördüyün işin doğru olduğuna inanmaqdır, bir də siyasi liderliyinin mənbəyindən aldığın gücdür. Yəni xalqın səni sevməsidir, xalqın sənə səs verməsidir və sənin xalqına arxalanmaq keyfiyyətindir. Azərbaycan Prezidentində bütün bunlar var, ona görə də Azərbaycan lideri Avropa liderləri ilə müqayisədə elə bir nümunə yaratdı ki, hesab edirəm ki, bu, siyasi liderlərin təsnifatlandırılmasında xüsusi öyrənilməli və araşdırılmalı bir məsələdir. Biz qürur duyuruq ki, məhz indiki mürəkkəb, indiki xaotik, ziddiyyətli ədalətsiz bir dünyada bizim güclü liderimiz var və o, bizi qoruyur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Avqust 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see519

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see398

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see395

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see360

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see259

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see255

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see247

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see215

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see210

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see210

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see197

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see189

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see186

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see185

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see181

Avropada istidən 25 mindən çox insan ölüb

08 Avqust 2026 00:13see174

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see172

Prezidentlər Ağ Evin sahibi deyil, yalnız müvəqqəti sakinidir Trampa ŞOK

08 Avqust 2026 06:06see163

Çay deyil, plastik içirsiniz Ən sağlam çay dəmləmə üsulu

08 Avqust 2026 05:05see158

Qızılın bahalaşmasının əsas səbəbi geosiyasi risklərdir İQTİSADÇI

07 Avqust 2026 14:08see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri