Icma.az
close
up
RU
İtaliya rəsmisi: İqlim dəyişikliyi ilə mübarizəyə 1 trilyon dollardan çox pul lazımdır

İtaliya rəsmisi: İqlim dəyişikliyi ilə mübarizəyə 1 trilyon dollardan çox pul lazımdır

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün 1 trilyon ABŞ dollarından çox vəsaitə ehtiyac var.

News24.az xəbər verir ki, bunu "Report"a açıqlamasında İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi səfiri Fransesko Korvaro bildirib.

Onun sözlərinə görə, bu gün Bakıda işə başlamış BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) İqlim Maliyyəsi Fondunun vəsaitinin məbləği müzakirə ediləcək: "COP29-da iqlim maliyyəsi üzrə məsələnin müzakirəsi üçün toplaşmışıq. COP29-un Azərbaycan Sədrliyi bütün maraqlı tərəflərin müzakirələrə qoşulması və uğurlu nəticə əldə edilməsi üçün ümumi məkan yaradıb".

O əlavə edib ki, ölkəsi iqlim dəyişikliyi ilə bağlı hər kəslə dialoqa başlamağa hazırdır: "İqlim maliyyəsi sahəsində "Yeni Kollektiv Kəmiyyət Hədəfi" (NCQG) üzrə nəticə əldə edilməsini gözləyirik. NCQG yeni bir hədəfdir və iqlim məsələsini maliyyələşdirməyi hədəfləyir. Bizim həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrlə çoxlu müzakirələrimiz olub. Danışıqlar çox şaxəli və mürəkkəbdir. Özəl sektoru bura cəlb etmək lazımdır. Düşünmək lazım deyil ki, təkcə dövlətlər 1 tiilyon ABŞ dollarından çox məbləği maliyyələşdirəcəklər".

Səfirin sözlərinə görə, gələcək on illiklər iqlim dəyişikliyi üçün çox vacibdir: "Hazırda iqlim dəyişikliyi problemləri barədə danışıqlar aparılır. Konkret nəsə demək çətindir. İtaliya və Avropa İttifaqı bu iqtiqamətdə ambisiyaları artırmağı hədəfləyir. COP hərtərəfli sazişdir. Biz ümumi dil tapmalı,ortaq ideya formalaşdırmalıyıq".

UNFCCC-nin Tərəflər Konfransı 1995-ci ildən keçirilir. Əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunub. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyanın tərəf dövlətlərindən 80-ə yaxın dövlət və hökumət başçısı noyabrın 12-13-də COP29 çərçivəsində Bakıda keçiriləcək Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://news24.az
archiveBu xəbər 11 Noyabr 2024 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri