Icma.az
close
up
RU
Trampın “Qızıl günbəz” layihəsi 1 trilyon dollardan çox pul aparacaq KİV

Trampın “Qızıl günbəz” layihəsi 1 trilyon dollardan çox pul aparacaq KİV

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


“Qızıl Günbəz” raketdən müdafiə sistemi ABŞ Prezidenti Donald Trampın qiymətləndirdiyi kimi 175 milyard dollara deyil, 1,1 trilyon dollara başa gələcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ekspert hesablamalarına istinadla məlumat yayıb.
Belə ki, ekspertlər həm ABŞ administrasiyasının 2029-cu ilə qədər “Qızıl Günbəz”in istismara verilməsi vədlərini, həm də xərcləri 175 milyard dollarla məhdudlaşdırmaq planlarını qeyri-real adlandırıblar. Ekspertlərin hesablamalarına görə, 1,1 trilyon dollarlıq rəqəm Trampın bəyan etdiyi xərcləri 500%-dən çox üstələyə bilər.
Agentliyin məlumatına görə, hesablamalar silah və müdafiə sistemlərinin qiymətinə əsaslanır, əməliyyat xərclərini, tədqiqat xərclərini və personal xərclərini əhatə etmir.
Bildirilir ki, bu amillər nəzərə alındıqda, layihənin ümumi dəyəri xeyli yüksək ola bilər.
Agentlik həmçinin yalnız bir düşmənin tammiqyaslı hücumunu dəf etmək üçün hazırlanmış daha məhdud raketdən müdafiə sisteminin qiymətini hesablayaraq, hətta bu variantın belə 844,4 milyard dollar tələb edəcəyini qeyd edib.
Qeyd edək ki, yanvarın 28-də ABŞ Prezidenti Donald Tramp “Qızıl Günbəz”in yaradılması haqqında sərəncam imzalayıb. Mediada yer alan məlumatlara görə, sistem nüvə silahlarını məhv etmək üçün lazerlərlə təchiz olunmuş qurğuların kosmosda yerləşdirilməsini nəzərdə tutur. Mayın 20-də Tramp ABŞ hökumətinin “Qızıl Günbəz” raketdən müdafiə sisteminin arxitekturası ilə bağlı qərar verdiyini açıqlayıb. Amerika liderinin sözlərinə görə, yeni sistemin yaradılması üçün 175 milyard dollar ayrılacaq, layihənin həyata keçirilməsi üç ildən bir qədər az vaxt aparacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 12 Dekabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see260

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see207

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see199

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see189

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see159

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see157

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see152

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see151

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see150

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see144

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see144

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see143

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see140

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri