İtaliya şirkəti pilotsuz uçan hərbi helikopteri təqdim edib
Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İtalyan şirkəti Leonardo Londonda DSEI 2025 sərgisində pilotsuz “Proteus” helikopterini təqdim edib.
AzPost bildirir ki, bu helikopter Britanyanın Kral Donanması üçün RWUAS proqramı çərçivəsində işlənib.
Proteus təxminən 3 ton ağırlığında, bir tona qədər faydalı yük qaldırmağa qadirdir. O müxtəlif vəzifələr üçün o cümlədən: sualtı qayıqlara qarşı əməliyyatlar, kəşfiyyat, logistika və suda çoxməqsədli missiyalar üçün konfiqurasiya edilib.
Modelin əsasında AW09 yüngül vertolyotunun sınaqdan çıxmış elementləri, məsələn, dörd qanadlı rotor və pilotsuz idarəetmə üçün dəyişdirilmiş avionika kimi komponentlər durur.
Sistem həmçinin gəmiyə avtonom eniş etməyə və konkret mühitdə mürəkkəb tapşırıqları əvvəlcədən məşq etməyə imkan verən süni intellekt proqramı ilə təchiz olunub.
Sistem 2025-ci ildə ilk uçuşu üçün hazırlanır. “Proteus” real su şəraitində avtonom şəkildə qalxmaq, naviqasiya etmək, missiyaları yerinə yetirmək və eniş etmək qabiliyyətini təsdiq etməlidir.
Paylaş
Baxış sayı:70
Bu xəbər 13 Sentyabr 2025 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















