İtaliya şirkəti Rusiyanın hərbi zavodunu maliyyələşdirir
Icma.az, Reyting.az portalına istinadən məlumat verir.
Ukraynada müharibə başlayandan sonra da İtaliyanın "Cividale" şirkəti Rusiyanın Uraldakı hərbi məhsullar istehsal edən zavodunu maliyyələşdirməyi davam etdirir və sanksiyalara məhəl qoymur.
Reyting.az-ın məlumatına görə, "Verstka" nəşrinin "IRPI" mediası ilə apardığı araşdırmalar göstərir ki, Ukraynaya genişmiqyaslı hücum səbəbindən Rusiyaya beynəlxalq qadağalar tətbiq edilsə də, İtaliyanın metallurgiya şirkəti "Cividale" tərkibindəki böyük polad zavodu Çelyabinsk vilayətində yerləşən "Stankomaş" sənaye parkı ilə əməkdaşlığı dayandırmır.
Xatırladaq ki, 2012-ci ildə "Cividale" Rusiya ərazisində turbinlər və nasoslar, eləcə də dəzgahlar üçün hissələr idxal edən "BVK" törəmə şirkətini yaradıb. Bu komponentlər öz növbəsində "Stankomaş"-da Rusiya ordusunun Ukraynada müharibə meydanında dəfələrlə istifadə olunan "Smerç MLRS" raketləri, eləcə də hava bombaları üçün mühərrik korpusları da daxil olmaqla hərbi məhsulların istehsalı üçün istifadə edilir.
Bildirilir ki, həm “Stankomaş”, həm də törəmə şirkət olan "BVK" Rusiya dəniz sənayesi üçün məhsullar istehsalına görə ABŞ sanksiyaları altına düşüb. Lakin Avropa İttifaqı həmin şirkətlərə qarşı məhdudiyyətlər tətbiq etməyib.
Jurnalistlər qapalı gömrük statistikasını öyrəndikdən sonra məlum olub ki, müharibə başlayandan bəri "Cividale" Rusiyaya təxmin edildiyi kimi 17 milyon avrodan çox mal tədarük edib. Bunlar buzqıran gəmilər üçün pərvanələr, buxar turbinləri, neft-qaz nasosları üçün hissələr, metal bloklar, iri çaplı tornalar, freze avadanlıqlarıdır. Son qeydə alınmış göndərmə sənədlərində göstərildiyi kimi, bunlar 2024-cü ilin 1 aprelinə aiddir.
Müstəntiqlərin fikrincə, 2014-cü ildən 2023-cü ilə qədər İtaliyanın şirkəti "Cividale"-nin Rusiyaya satışdan əldə etdiyi ümumi gəlir təxminən 90 milyon avronu ötüb. Tammiqyaslı müharibənin birinci ilində isə bu İtaliya şirkəti Rusiya ilə aparılan əməliyyatlardan 12,3 milyon avro əldə edib, 2023-cü ildə dövriyyə 5,6 milyon avroya düşüb. 2024 və 2025-ci illər üçün hələlik cari məlumat yoxdur.
Oqtay QORÇU
Bu mövzuda digər xəbərlər:ABŞ şirkəti İtaliya klubunu alıb
15 Yanvar 2025 22:52
İtaliya şirkəti pilotsuz uçan hərbi helikopteri təqdim edib
13 Sentyabr 2025 17:51
Rusiyanın AvtoVAZ şirkəti istehsalı dayandıracaq...
04 Aprel 2026 20:20
“AzərEnerji” ilə İtaliya şirkəti arasında memorandum imzalanıb
15 Noyabr 2024 16:14
Baxış sayı:174
Bu xəbər 01 Fevral 2025 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















