Icma.az
close
up
RU
İtaliya və Aİ Afrikanın inkişafına 1,2 milyard avro sərmayə yatırır

İtaliya və Aİ Afrikanın inkişafına 1,2 milyard avro sərmayə yatırır

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 21 iyun, AZƏRTAC

İtaliyanın Baş naziri Ciorcia Meloni və Aİ Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Romada Afrika üçün strateji sərmayələrə həsr olunmuş sammitə həmsədrlik ediblər. Tədbirin sonunda Aİ ilə İtaliya arasında 1,2 milyard avro (1,38 milyard dollar) dəyərində ortaq sazişlər imzalanıb.

AZƏRTAC İtaliya mediasına istinadla xəbər verir ki, hər iki lider “təsirli tərəfdaşlıqlar, yüksəkkeyfiyyətli investisiyalar cəlb etmək və qarşılıqlı hörmət, uzunmüddətli əməkdaşlıq, ortaq rifah əsasında qurulmuş Afrikanın davamlı inkişafı üçün imkanlar açmaq barədə ümumi ambisiyalarını təsdiqləyib.

Roma sammitində Anqola, Konqo Demokratik Respublikası, Tanzaniya və Zambiyadan olan Afrika liderləri, o cümlədən Afrika İttifaqı Komissiyasının sədri iştirak ediblər. Tədbirdə, həmçinin Beynəlxalq Valyuta Fondu, Dünya Bankı Qrupu, Afrika İnkişaf Bankı və Afrika Maliyyə Korporasiyası da daxil olmaqla əsas beynəlxalq maliyyə institutları təmsil olunub.

Avropa Komissiyası və İtaliya liderləri Aİ-nin “Global Gateway” strategiyası və “Afrika üçün Mattei Planı” çərçivəsində “dayanıqlı inkişaf, davamlılıq və qarşılıqlı faydalı əməkdaşlıq” üçün ortaq vizyonu həyata keçirmək məqsədilə Afrika ölkələri ilə əməkdaşlığı gücləndirmək niyyətini açıqlayıblar.

Liderlər yerli iqtisadiyyatları gücləndirmək və inklüziv regional inteqrasiyanı təşviq etmək istəyən Afrika ölkələrində nəqliyyat infrastrukturu, enerji sistemləri, kənd təsərrüfatı və ticarətin asanlaşdırılması da daxil olmaqla bir-biri ilə əlaqəli sektorlar üzrə investisiyaları sürətləndirmək niyyətlərini təsdiqləyiblər. Bu kontekstdə Aİ və İtaliya liderləri “Global Gateway” və İtaliyanın “Mattei Planı” arasında əlaqələri alqışlayıb, Afrika İnkişaf Bankı və Afrika Maliyyə Korporasiyası kimi beynəlxalq maliyyə institutları ilə daha sıx əməkdaşlığın zəruriliyini vurğulayıblar.

Afrikanın rəqəmsal inkişafı sahəsində “Blue Raman” sualtı kabelinin strateji potensialı qeyd edilib. Avropa Komissiyası tərəfindən 37 milyon avroluq töhfə ilə birgə maliyyələşdirilən və İtaliyanın rəqəmsal infrastruktur lideri “Sparkle” tərəfindən dəstəklənən təşəbbüs qarşılıqlı əlaqəni gücləndirəcək, tədqiqat və innovasiyaları stimullaşdıracaq, habelə Avropa və Afrika arasında texnoloji yaxınlaşmanı dəstəkləyəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 İyun 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri