Icma.az
close
up
RU
İtaliyada 5 ci istilik dalğası: Temperatur 45 dərəcəyədək yüksələcək

İtaliyada 5 ci istilik dalğası: Temperatur 45 dərəcəyədək yüksələcək

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 28 avqust, AZƏRTAC

Avqustun sonunda İtaliyada ekstremal istilərin 5-ci dalğası müşahidə olunur. Ölkənin cənub və mərkəzi hissələrində havanın temperaturu iqlim normasından 8-10 dərəcə yüksək olacaq.

AZƏRTAC “Euronews”a istinadla xəbər verir ki, İtaliyanın doqquz şəhərində hava şəraiti ilə bağlı “qırmızı” təhlükə səviyyəsi elan edilib və bu qeyri-adi vəziyyət cümə axşamı Bari, Palermo və Kampobassoda da müşahidə olunur. Daha doqquz şəhər isə “narıncı” zonadadır. Onların arasında Ankona, Kalyari, Kataniya, Florensiya və Latina da var.

Xəbərdarlıq, həmçinin Messina, Recco-di-Kalabriya, Rieti və Romaya da şamil olunur. Ən yüksək temperaturun avqustun 28-i və 29-da, əsasən ölkənin cənubunda qeydə alınacağı gözlənilir.

Yayın ən isti günü cümə günü, avqustun 28-i ola bilər. Siciliyanın şərqində havanın temperaturu 45 dərəcəyədək yüksələ bilər.

Bəzi ərazilərdə gecələr də qeyri-adi isti hava olacaq. Minimum temperatur 25 dərəcədən aşağı düşməyə bilər. İsti hava ilə yanaşı, Afrikadan gələn antisiklon da İtaliyaya çatacaq və ölkəyə böyük həcmdə səhra qumu gətirəcək.

Bununla belə, İtaliyanın şimal bölgələri ekstremal istidən yan keçəcək. Milanda temperaturun 30 dərəcədən yuxarı qalxmayacağı ehtimal olunur.

Turində 27-28, Venesiya ovalığında isə təxminən 34 dərəcə isti gözlənilir. Ölkənin şimalında leysan yağışları, dolu və güclü külək əsəcəyi proqnozlaşdırılır. Proqnozlara görə, anomal isti hava uzun sürməyəcək. Yüksək temperatur avqustun 27-si, 28-i və 29-da gözlənilir. Bununla belə, hazırkı vəziyyət İtaliyada cari yay mövsümünün ən intensiv istilik dalğası ola bilər.

Sentyabrın əvvəlində ölkədə əsasən isti hava şəraiti hökm sürəcək. Bu arada Fransa ərazisinin böyük hissəsində isti hava tədricən geri çəkilir. İstisna Korsika adasıdır. Cümə axşamı günorta saatlarında burada havanın temperaturu 38-39 dərəcəyədək yüksələ bilər.

Adada gecə saatlarında havanın temperaturu 30 dərəcəyədək yüksələcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Avqust 2026 03:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri