İtaliyada bəzi nazirlik və dövlət qurumlarının saytlarına kiberhücumlar olub
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İtaliyada bəzi nazirliklərin və dövlət qurumlarının saytları kiberhücumlara məruz qalıb.
AZƏRTAC xəbər verir ki, İtaliyanın şirkətləri və “Made in Italy”, Daxili İşlər və Maliyyə Nazirliklərinin bəzi saytları, eləcə də Maliyyə Polisinin saytının rusiyapərəst hakerlərin kiberhücumlarına məruz qaldığı bildirilir. Həmin saytlar “NoName057” haker qrupunun kiberhücumlarından zərər çəkib.
İtaliya Milli Kibertəhlükəsizlik Agentliyi kiberhücumlara məruz qalan qurumların saytlarının funksional fəaliyyət göstərməsi üçün lazımi dəstək göstərib. Daha əvvəl Milanın Malpensa və Linate aeroportlarının, Taranto və Trieste limanlarının, həmçinin “Monte Paschi” və “Intesa San Paolo” banklarının, bəzi İT şirkətlərinin və özəl qurumların saytları rusiyapərəst hakerlərin kiberhücumlarına məruz qalmışdı.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin yanvarın 9-da Romaya səfəri zamanı da İtaliyanın bəzi dövlət qurumlarının saytlarına kiberhücumlar olmuşdu.
Baxış sayı:97
Bu xəbər 18 Fevral 2025 21:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















