İtaliyada faşist diktator Mussolininin villası satılır
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Roma, 22 oktyabr, AZƏRTAC
İtaliyada faşist diktator Benito Mussolininin yay tətilini keçirtdiyi villa satılır.
AZƏRTAC xəbər verir ki, Adriatik dəniz sahilində, Emiliya-Romanya regionunun Rikçione kurortunda yerləşən villa hərracda satışa çıxarılıb. Rikçione Bələdiyyəsinin villanın alınması üçün təklif təqdim etməkdə maraqlı olduğu bildirilib.
Potensial alıcı əmlakın adını dəyişə bilməz və “Villa Mussolini” kimi saxlamalıdır.
Benito Mussolini 1934-cü ildən 1943-cü ilədək bu villanı ailə üzvləri ilə birlikdə yay iqamətgahı kimi istifadə edib. Villa 1893-cü ildə inşa olunub. “Villa Mussolini” bərpadan sonra 2005-ci ilin iyulunda yenidən açılıb, sərgilər və tədbirlər məkanı kimi istifadə olunub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 22 Oktyabr 2025 19:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















