Icma.az
close
up
RU
Mussolininin nəticəsi karyerasında ilk qolu vurdu

Mussolininin nəticəsi karyerasında ilk qolu vurdu

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliyanın faşist diktatoru Benito Mussolininin nəticəsi Romano Floriani Mussolini karyerasında böyüklər arasında ilk qolunu vurub. Amma debüt qolundan daha çox italiyalı fanatların reaksiyası cəlbedicidi.

“Corriera dello Sera” nəşrinin yaydığı xəbərə görə, azarkeşlər stadionun direktoru qolun müəllifini elan edəndə sevinc hissi ilə məşhur Roma salamını işlədiblər.
“Transfermarkt”ın 500 min avro qiymət qoyduğu 21 yaşlı sağ cinah müdafiəçisi İtaliyanın 2-ci divizionunda mübarizə aparan “Yuve Stabiya”nın şərəfini qoruyur. Ancaq o, cari mövsümdən bu komandada icarə əsasında çıxış edir, transfer hüquqları isə “Latsio”ya məxsusdu.
Bu məqam özü də ironik xarakter daşıyır və hələ 2021-ci ildə - Romano Roma klubunun gənclər komandasına düşəndə də diqqəti çəkmişdi. Ona görə ki, “Latsio”nun duçenin sevimli klubu olduğunu hesab edirlər. Sonradan bu mif bir qədər dağıldı – çox güman, Benito heç bir komandaya azarkeşlik etməyib. Amma Mussolininin məhz Romada karyerasını davam etdirməsini heç kim unutmadı.
“Yuve Stabiya”da Romanonun işləri yaxşı gedir - əsas heyətin daimi oyunçusudu, İtaliya kubokunun oyununda da meydana çıxıb. Ancaq müdafiəçi uzun müddət idi qol həsrəti çəkirdi. O, böyüklər arasında ilk dəfə məhz dekabrın 22-də keçirilən “Çezena” ilə oyunda fərqləndi, özü də qələbə topunu vurdu. Tribunalar isə qolu Roma salamı ilə alqışladılar.
“Corriera della Sera”nın yazdığına görə, gənc futbolçunun işləri o qədər yaxşı gedir ki, “Latsio”, çox güman, yayda onu həvəslə düşərgəsinə qaytaracaq. Ancaq futbolçu özü debüt qoluna çox sakit yanaşır:

“Məşqlərdə düşündüyümüz sxemi reallaşdıra bildiyimizə görə çox sevinirəm. Çoxdan ilk qolu vurmağa yaxın idim, nəhayət, bu hadisə baş verdi”.


Mussolininin dediyinə görə, fanatların hərəkəti onu utandırmayıb. Soyadı ilə bağlı məsələlər onu qətiyyən maraqlandırmır. Yeri gəlmişkən, debüt qolunu da ailəsinə həsr etdi. Yaxşı, Romanonun ailəsi kimlərdən ibarətdi?
İş ondadı ki, Mussolinilər ailəsində italiyalı diktator və Adolf Hitlerin İkinci Dünya Müharibəsindəki müttəfini Benitodan başqa məşhur Hollivud aktrisası Sofi Lorenin bacısı Anna-Mariya Şikolone də var. Anna-Mariya “Yuve Stabiya”nın oyunçusunun doğma nənəsidi.
Əlbəttə, Romanonun anasını da xatırlamaq lazımdı. Alessandra Mussolini məşhur italiyalı siyasətçi, neofaşist “Sosial hərəkət” partiyasının yaradıcısı və Avropa Parlamentinin sabiq deputatıdı. Alessandra Benito ilə qohumluq əlaqələriylə qürur duyur, heç vaxt bunu gizlətməyib. Düzdü, baxışlarını oğluna ötürüb-ötürmədiyi məlum deyil.
Əvəzində o dəqiq məlumdu ki, Alessandra Romanonun oyunlarına müntəzəm baş çəkir. Xanım siyasətçi “Çezena” ilə oyunda da stadionda olub və qeyri-real emosiyalar yaşadığını deyib:

“Heç nə danışmaq istəmirəm. Ancaq sifətimə baxsaz, qəlbimdən nələr keçdiyini yaxşı başa düşərsiz. Sevincdən hətta şlyapamı da itirdim”.


Romano etiraf edir ki, siyasət və hətta soyad planında ona heç kim təzyiq göstərmir. Bu mövsüm kürəyində “Mussolini” yazılan forma ilə çıxış edir, ötən mövsüm isə “Floriani M.” yazılan forma daşıyırdı. Floriani Romanonun ikinci soyadıdı, o qədər də məşhur olmayan atasına məxsusdu. Müdafiəçi seçimini belə izah edib:

“Dəyişməyə qərar verdim, çünki futbolkaya iki soyad yerləşmir. Anam mənə adamların danışdıqlarına fikir vermədən öz yolum ilə getməli olduğumu deyir”.


“Yuve Stabiya” “Çezena” üzərindəki qələbə sayəsində B seriyasında 4-cü pillədə qərarlaşıb. 18 turdan sonra bu komandanın hesabında 28 xal var. Mussolininin də formasını geydiyi komanda bu liqada dəyəri ən aşağı olanlardan sayılır – cəmi 13 milyon avro.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Yanvar 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri