İtaliyada qar uçqunu nəticəsində üç xizəkçi həlak olub
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azı üç nəfər İtaliyada Olimpiya Oyunlarının keçirildiyi yerlərə yaxın ərazidə hazırlanmış traslardan kənarda xizək sürərkən qar uçqunu nəticəsində həlak olub.
"Ölkə.az" xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Daily Mail" qəzeti xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə Alp dağlarının Dolomit yüksəkliklərinə aid Marmolada buzlağında baş verib. Qeyd edilir ki, qadınlar arasında dağ xizəyi yarışlarının keçirildiyi Kortina-d'Ampesso şəhəri ölüm qeydə alınan ərazinin yaxınlığında yerləşir.
Daha iki nəfər kişilər arasında dağ xizəyi yarışlarının keçirildiyi Bormio şəhərindən təxminən 65 km məsafədə yerləşən Albozaca kəndində eniş zamanı həlak olub.
Bu mövzuda digər xəbərlər:İtaliyada qar uçqunu nəticəsində üç xizəkçi həlak olub
08 Fevral 2026 17:13
İtaliyada baş verən qar uçqunu nəticəsində üç nəfər həlak olub AZƏRTAC
13 Yanvar 2025 15:02
İtaliyada qar uçqunu nəticəsində 2 xizəkçi ölüb, 5 nəfər yaralanıb
22 Mart 2026 01:52
Fransada qar uçqunu nəticəsində üç xizəkçi öldü
11 Yanvar 2026 09:32
Fransada iki xizəkçi qar uçqunu nəticəsində həlak olub
09 Fevral 2026 17:05
Baxış sayı:132
Bu xəbər 08 Fevral 2026 21:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















