Birlikdə dua etdikdən sonra atasını amansızlıqla öldürüb həyətdə basdırdı Fotolar
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin Missuri ştatında 40 yaşlı Riçard Settl 63 yaşlı atası Maykl Settli qəsdən öldürməkdə ittiham olunur. Mübahisə zəminində baş verən dəhşətli qətlin təfərrüatı müstəntiqləri də şoka salıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Missurinin Foli şəhərində yerləşən fərdi yaşayış evində qeydə alınıb.
Məişət mübahisəsi zamanı Riçard Settl atasına vintaçanla xəsarət yetirib. Şübhəli şəxsin ifadəsinə əsasən, ağır yaralanan atası yerə yıxıldıqdan sonra onlar birlikdə xristianlıqda mühüm yer tutan “Rəbbin duası”nı oxuyublar.
Cinayətkar təxminən beş dəqiqə çəkən duadan sonra mətbəxə keçərək böyük bıçaq götürüb və son dini ritualı tamamlayaraq atasının birbaşa ürək nahiyəsinə zərbə endirib. Zərbənin gücündən bıçağın sapı qırılıb.
Atasının öldüyünə əmin olan R.Settl meyiti evin arxasına sürüyərək qazdığı cəmi 30 santimetrlik çuxurda basdırıb. Bir neçə gündən sonra meyitdən pis qoxu gəlməyə başladıqda isə onu izolyasiya materialları və tikinti tullantıları ilə örtməyə çalışıb.
Ağır cinayətin üstü R.Settlin hadisəni başqa bir tanışına etiraf etməsindən sonra açılıb. Polisə daxil olan məlumat əsasında xüsusi təlim keçmiş xidməti itlərlə əraziyə baxış keçirilib və oktyabrın 24-də avqust ayından itkin düşmüş sayılan Maykl Settlin cansız bədəni tapılıb.
Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Riçard Settlə qarşı xüsusi amansızlıqla qəsdən adamöldürmə, məişət zorakılığı və qanunsuz silah gəzdirmə maddələri ilə ittiham irəli sürülüb. Şübhəli zaminə buraxılmadan Linkoln dairə həbsxanasına göndərilib. Məhkəmə baxışı noyabrın 3-nə təyin olunub.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 29 Oktyabr 2026 03:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















