Icma.az
close
up
RU
İtaliyada yaşamaq üçün işini, ərini və uşaqlarını atdı FOTOLAR

İtaliyada yaşamaq üçün işini, ərini və uşaqlarını atdı FOTOLAR

Icma.az, Sfera.az saytına istinadən bildirir.

ABŞ-dan olan 64 yaşlı Cindy Sheegan (Sindi Şiqan) həyatını tamamilə dəyişib: o, işini atıb, ərindən boşanıb və xaricdə xoşbəxtlik tapmaq üçün vətənini tərk edib. İndi özünü xoşbəxt hiss edir, lakin nadir hallarda gördüyü övladları üçün darıxdığını etiraf edir.

Sfera.az bildirir ki, Sindi Şiqan bir sıra şəxsi faciələrdən sonra həyatını dəyişməyə qərar verib 

Sindinin həyatı 2017-ci ildə dəyişməyə başlayıb. Onun dediyinə görə, özünü həyatında yol ayrıcında tapıb.

Yaxınlarını itirdikdən sonra amerikalı qadın həyatın adi ssenari üzrə yaşamaq üçün çox qısa olduğunu başa düşüb. Əmlak sahəsində işlədiyi şirkət ona məzuniyyət verib, lakin qadın geri qayıtmamaq qərarına gəlib.

"Mən səyahət etdim, inanılmaz yeməklər yedim, dünyanı gördüm və anladım ki, normal həyatıma qayıtmaq istəmirəm"-deyə o xatırlayır.

Tezliklə Sindi təqaüdə çıxıb, 30 illik evliliyindən sonra ərindən boşanaraq səyahətə çıxıb. Yeddi il ərzində o, Kamboca, Vyetnam, Türkiyə, Fransa, İspaniya, Portuqaliya və İtaliya da daxil olmaqla 50-yə yaxın ölkəni ziyarət edib. Qadın etiraf edir ki, tək səyahət etmək ona əvvəllər sahib olmadığı azadlıq hissi verib.

Daha sonra Sindi məskunlaşmağa qərar verərək İtaliyanı seçib. Əvvəlcə o, Portuqaliyada yaşayırdı və sonra mənşəyinə görə tez bir zamanda İtaliya vətəndaşlığını ala biləcəyini öyrənib. İtaliyaya köçdükdən sonra bir neçə şəhərdə olsa da, ancaq Palermonu "ruhunun şəhəri" adlandırır.

"Bu şəhər sevinc, gülüş və həyatla doludur. Hiss etdim ki, bu mənim yerimdir".

Bu gün Sindi Palermonun mərkəzində 100 kvadratmetrdən çox əşyalı mənzildə yaşayır. İcarə haqqı ayda təxminən 800 dollar, üstəgəl kommunal xidmətlər üçün 100 dollar təşkil edir. Onun sözlərinə görə, ABŞ-da oxşar mənzillər bir neçə dəfə bahadır. Bundan əlavə, İtaliyada həyat daha əlverişlidir: yemək daha ucuzdur və səhiyyə daha əlçatandır.

"ABŞ-da mənim 1500 dollarlıq pensiyam kirayə haqqını belə ödəyə bilməzdi. Amma burada bu, mənim üçün kifayət qədərdir"-deyə o izah edir.

Palermo şəhərinin panoraması

O, İtaliya vətəndaşlığını almamışdan əvvəl də tibbi xidmət xeyli ucuz olub. Məsələn, Tunisə səfərdən sonra sınmış ayağın müalicəsi cəmi 150 dollara başa gəlib. 

Bu gün Sindi rahat həyat tempindən zövq alır, şəhəri gəzir, yerli sakinlərlə və digər mühacirlərlə ünsiyyət qurur. O, etiraf edir ki, uşaqları üçün darıxır, lakin onlar ziyarətə gələ bilirlər və bunu məmnuniyyətlə edirlər.

"Mən daha xoşbəxt, daha sağlam oldum, yeni dostlar tapdım və hər gün yeni bir şey kəşf etdim. Mən artıq ABŞ-da yaşaya bilməzdim - sadəcə olaraq bu həyatı aşdım" - deyə amerikalı yekunlaşdırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://sfera.az
archiveBu xəbər 25 İyul 2025 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see300

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see300

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see279

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see275

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see264

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see261

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see253

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see240

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see236

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see234

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see234

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see232

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see218

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see217

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see213

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see208

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see208

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see200

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri