Icma.az
close
up
RU
Gənc rəssamlarımız İtaliyada FOTOLAR

Gənc rəssamlarımız İtaliyada FOTOLAR

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

22-23 mart 2026-cı il tarixlərində Sən1Sən Beyin Mərkəzinin İtaliyanın Cassine (AL) şəhərində 17-ci əsrə aid “Palazzo Mandrilli”də yaratdığı Qalereyada növbəti sərgilər silsiləsi keçirilmişdir. Bu sərgilər “Novruz Festivalı” adı ilə Novruz Bayramına həsr olunmuşdur.
Festival Azərbaycan Diasporuna Dəstək Fondunun texniki dəstəyi ilə keçirilmiş və məqsədi xalqımızın milli bayramı olan Novruz bayramı haqqında İtaliya ictimaiyətinə ətraflı məlumat vermək və eyni zamanda Azərbaycanlı rəssamların əsərləri ilə tanış etmək idi.
Festivalın açılışında Cassine şəhərinin meri cənab Carlo Felice Maccario, İtaliya-Azərbaycan Ticarət Palatasının Milan Ofisinin rəhbəri İrina Qalimova, Sən1Sən Beyin Mərkəzinin təsisçisi Fəridə Quluzadə, Azərbaycan və Türkiyə diaspora nümayəndələri iştirak etmişlər.
Novruz Festivalı çərçivəsində üç sərgi (“Kontrast”, “Sabahın izləri”, “İşığa doğru”) Azərbaycan Rəssamlıq Akademiyasının müəllim və tələbələrinin əsərlərindən ibarət idi. Digər iki sərgi – “NovruzFest” və “Sərhədsiz rənglər” uşaq və açıq çağırış üzərindən olan Azərbaycanlı rəssamların qrup sərgisi idi.
Festival İtalya vətəndaşları və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanmışdır. Qalereya Palazzo Mandrilli Azərbaycan incəsənətinə həsr olunmuş artıq 19 sərgiyə ev sahibliyi etməklə, Piemont regionunda İtaliya-Azərbaycan arasında dostluq və mədəniyyət körpüsü kimi fəaliyyətini davam etdirməkdədir.
Xüsusilə qeyd etməliyik ki, tarixin və mədəni yaddaşın nəfəs aldığı Palazzo Mandrilli məkanında təşkil olunan “İşığa doğru” sərgisi Azərbaycan təsviri sənətinin yetkin və peşəkar nümayəndələrini bir araya gətirən mühüm sənət hadisəsidir. Sərginin adı rəmzi məna daşıyır: işıq burada həm estetik anlayış, həm də mənəvi axtarış, yaradıcılıq enerjisi və sənətin daim yüksəlişə doğru hərəkətinin simvoludur. Ekspozisiyada “Azərbaycan Rəssamlıq Akademiyası”nda çalışan müəllimlərin, Akademiyanın məzunlarının və bu sahədə peşəkar fəaliyyət göstərən rəssamların əsərləri təqdim olunmuşdur. Bu iştirakçı tərkibi sərgiyə xüsusi sanbal və konseptual bütövlük qazandıraraq akademik ənənə ilə fərdi yaradıcılıq üslubu, pedaqoji təcrübə ilə müstəqil bədii axtarışlar və formalaşmış sənətkar mövqeyi bir araya gətirmişdir. Sərgidə nümayiş olunan əsərlər rəngkarlıq, heykəltəraşlıq və keramika sahələrini əhatə edirdi. Rəngkarlıq nümunələrində işıq-kölgə münasibətləri, kolorit zənginliyi və kompozisiya harmoniyası vasitəsilə insanın daxili aləmi, zamanın axarı və müasir dünyanın estetik ritmi ifadə olunurdu. Heykəltəraşlıq işlərində forma və plastikanın dili ilə məkan və həcm arasında dinamik əlaqə qurularaq; materialın fakturası ideyanın emosional yükünü gücləndirir. Keramika nümunələri isə dekorativ-tətbiqi sənətin incəliklərini nümayiş etdirərək ənənəvi motivlərlə çağdaş bədii düşüncənin sintezini təqdim etdi.
“İşığa doğru” sərgisi yalnız müxtəlif sənət növlərinin nümayişi deyil, həm də təsviri və dekorativ-tətbiqi sənətin qarşılıqlı dialoqudur. Burada akademik məktəbin möhkəm təməli, milli irsə bağlılıq və müasir interpretasiya imkanları paralel şəkildə inkişaf edir. Əsərlərdə həm klassik realizmin izləri, həm də müasir ekspressiv ifadə vasitələri öz əksini tapmışdır. Sərgi müəllim və məzun nəsillərinin yaradıcılıq ardıcıllığını da göstərir. Bu, təkcə sənət əsərlərinin deyil, həm də bilik, təcrübə və estetik dünyagörüşünün ötürülməsi prosesinin vizual ifadəsidir. İştirakçıların peşəkar fəaliyyəti Azərbaycan incəsənətinin formalaşmış və beynəlxalq miqyasda tanınmağa layiq potensialını nümayiş etdirirdi.
Tarixi məkanın monumental ab-havası ilə müasir sənət nümunələrinin qarşılaşması tamaşaçıda xüsusi emosional təsir yaradır. İşıq burada həm fiziki, həm də metaforik anlam daşıyır: yaradıcılığın işığı, düşüncənin işığı, milli mədəniyyətin dünyaya açılan işığı. Beləliklə, “İşığa doğru” sərgisi sənətin inkişaf yoluna, peşəkarlığın dəyərinə və yaradıcı enerjinin davamlılığına həsr olunmuş konseptual mədəni platforma kimi dəyərləndirilir. Bu ekspozisiya tamaşaçını estetik zövq almağa deyil, həm də düşünməyə, duymağa və sənətin işığında öz daxili dünyasına doğru addımlamağa dəvət edən gözəl bir tədbir idi. “İşığa doğru” sərginin yaradıcı heyətinin kuratoru və bədii rəhbəri, Azərbaycan Rəssamlıq Akademiyasının Heykəltaraşlıq kafedrasının  baş müəllimi Roza Həsənova “İz” kompozisiyası ilə, heyət üzvləri Nilgün Əskərzadə “Yay buketi”; Çinarə Şükürova “Çinar ağacı – Ruhumun kökləri”;  Elnarə Əliyeva Vəlizadə “Ənənə”; Nilufər Quluzadə “Zərrin”;  Mərziyə Kərimli “Saxsıda güllər”; Nisə Cəfərova “Toskanada gözəl səhər”; Aysel Afanasyeva “Çiçəklənmiş həyat”;  Rachel Ziyad “Balıqlar”;  Aydan Şahbazlı “Ənənənin nəfəsi”;  Ulya Abdullayeva “Mənzərə”;  Esmira Xəlilova “Zamanın kənarında”;  Esmira Heydərova “Çini qablarla natürmort”; Türkan Bayramova “Başlanğıc”;  Şəbnəm Talıbova “Nar irsi”;  Günay Məmmədova “Baxışlardan hekayə”;    Günay Hacıyeva “Güllər-Natürmort” əsərləri ilə iştirak etmişlər.
Bütün tədbir iştirakçılarına daim yaradıcılıq uğurları və yeni yeni sərgilərdə iştirak edərək Azərbaycan mədənityyətinə bol töhfələr vermələrini arzulayırıq. (Tribuna.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Aprel 2026 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see559

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see350

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see312

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see311

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see306

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see285

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see281

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see277

7 ayda qeyri neft ixracı 18,3 faiz artıb

29 Avqust 2026 16:03see253

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see252

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see251

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see247

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see245

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see243

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see240

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see240

İqtisadiyyat İnstitutunun baş direktoru Gürcüstanda beynəlxalq elmi konfransda çıxış edib

29 Avqust 2026 14:37see225

Onkoloq xərçəngin gec diaqnoz qoyulmasının səbəbini müəyyən edib

29 Avqust 2026 20:25see215

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see212

Azərbaycan qocalır: 26 ildə yaşlıların sayı 2,6 dəfə artıb

29 Avqust 2026 15:35see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri