Icma.az
close
up
RU
İtaliyanın ən gözəl istirahət guşəsi Milyonçular belə getməyib

İtaliyanın ən gözəl istirahət guşəsi Milyonçular belə getməyib

Icma.az, Lent az saytına istinadən bildirir.

İtaliyanın Alp dağlarında yerləşən məşhur Ozero Komo uzun illərdir dəbdəbəli Avropa istirahətinin və qlamur həyatın simvolu sayılır. Burada şəkil çəkdirmək üçün gəlmək mümkündür, lakin tam istirahət, adətən, milyonerlərə nəsib olur.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, əslində göl ətrafında hər kəsin büdcəsinə uyğun yerlər də var.

Komo və Bellagio kimi dəbdəbəli kurortlardan kənarda yerləşən bəzi kiçik şəhər və kəndlərdə nə Hollivud ulduzları, nə də oliqarx villaları, nə də turist izdihamı olur. İtaliyalıların ən çox seçdiyi belə yerlərdən biri Lecco şəhəridir. Komodan 30 km şərqdə yerləşən bu kiçik və piyada gəzməyə əlverişli şəhərdə dəmir yol vağzalından limana 10 dəqiqəyə çatmaq olur. Burada suvenir mağazaları demək olar ki, yoxdur, əvəzində H&M, Calzedonia kimi Avropa brendlərinin dükanları, Carrefour supermarketləri və yerli kitab mağazaları var.

Mərkəzi Piazza Garibaldi meydanında canlı musiqi sədaları altında espresso və kruassan ləzzətindən sonra göl kənarında velosiped yolları, çiçəklər və Capo Horn Gelateria Artigianale-dən dondurma ilə gəzinti mümkündür. Bottega del Maiale, L’EK Bistrot və ya Cardamomo Persian Palace Lecco kimi restoranlarda göl mənzərəsi altında açıq havada nahar etmək olar.

Göldən Monte Rosa, Monviso və Adamello dağlarının gözoxşayan mənzərəsi açılır. Şəhərdə sakit həyat tərzi hökm sürür, bu da onu səs-küydən uzaq istirahət axtaranlar üçün ideal edir. Burada bir neçə saatı Sforzato di Valtellina və ya Franciacorta şərabı ilə meydanda, yaxud Lungolago di Lecco panoram nöqtəsində keçirmək olar.

Lekkoda göl yaxınlığında həm bahalı, həm də Qərbi Avropa standartlarına görə münasib qiymətə otellər tapmaq mümkündür. Aktiv istirahət sevənlər üçün isə yaxınlıqda Magnodeno və Monte Barro dağlarına, eləcə də Sentiero delle Pozze-dəki təbii hovuzlara piyada yürüş marşrutları mövcuddur. Alpinistlər üçün məşhur Nibbio qayası cəmi yarım saatlıq məsafədədir.

Daha yüksəyə qalxmaq istəyənlər Piani d’Erna və ya Monte Resegone istiqamətində yürüş edə, sonra isə bölgəyə məxsus pizzoccheri, yumşaq polenta və ətirli rizotto ilə enerji toplaya bilərlər.

Mütəxəssislərin fikrincə, Ozero Komonun dəbdəbəli simasından kənarda yerləşən Lecco, İtaliyada münasib qiymətə keyfiyyətli istirahət üçün ən yaxşı ünvanlardan biridir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 Avqust 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see232

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see201

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see188

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see179

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see153

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see146

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see144

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see143

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see140

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see138

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see137

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see136

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see136

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see136

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri