Icma.az
close
up
RU
İtaliyanın RAI telekanalı Qarabağdan reportaj yayımlayıb

İtaliyanın RAI telekanalı Qarabağdan reportaj yayımlayıb

Azertag saytına istinadən Icma.az xəbər verir.

Roma, 6 sentyabr, AZƏRTAC

İtaliyanın RAI telekanalı Azərbaycanın üzləşdiyi mina problemi, eləcə də Qarabağda aparılan bərpa və yenidənqurma layihələrindən bəhs edən reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, kanalın ölkəmizə ezam olunan jurnalisti Barbara Karfanya dünyada mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələrdən biri olan Azərbaycanın üzləşdiyi problemdən bəhs edib.

Reportajda işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi barədə məlumatlar diqqətə çatdırılır. Minaların humanitar problemlərdən əlavə, ətraf mühitə də ziyan yetirdiyi və Azərbaycandakı minatəmizləmə problemlərinin həlli üçün beynəlxalq donorların da iştirakının əhəmiyyəti vurğulanır. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməliyyat rəhbəri Xaliq Zülfüqarov ölkəmizdə həyata keçirilən minatəmizləmə fəaliyyətindən danışıb.

ANAMA-nın keyfiyyətə nəzarət idarəsinin rəisi Elnur Qasımov qurumun humanitar minatəmizləmə fəaliyyəti, minatəmizləmənin bərpa və yenidənqurma işlərindəki önəmi barədə ətraflı məlumat verib. O, ANAMA-nın bu sahədə topladığı təcrübə haqqında söz açıb və minatəmizləmə əməliyyatları zamanı yeni texnologiyaların, avadanlıqların və müasir yanaşmaların tətbiq edildiyini diqqətə çatdırıb.

Reportajda eyni zamanda, Ağdam və Şuşada aparılan bərpa və yenidənqurma layihələrindən bəhs olunur. İşğal dövründə yararsız vəziyyətə düşmüş və dağıdılmış tikililərin yenidən bərpa olunduğu, yeni infrastruktur layihələrinin həyata keçirildiyi, Şuşa və Ağdamın tikinti-quruculuq meydançasına çevrildiyi bildirilir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev SSRİ-nin dağılmasından sonra başlayan hərbi təcavüz və 30 ilə yaxın davam edən işğal dövründə yerlə-yeksan edilən Ağdamın “Qafqazın Xirosiması” adlandırıldığını bildirib.

Prezidentin köməkçisi, həmçinin hərbi münaqişə aradan qalxdıqdan sonra Azərbaycanın işğala məruz qalmasına baxmayaraq, Ermənistana sülh təklif edən ölkə olduğunu vurğulayıb.

Hikmət Hacıyev eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə İtaliya şirkətlərinin fəaliyyətinin əhəmiyyətindən bəhs edib, həmin şirkətlərin Orta Asiyada genişlənmə üçün strateji pasportu təmsil etdiklərini bidirib. Vurğulayıb ki, İtaliyanın “Leonardo” şirkəti Xəzər regionunda fəaliyyətini genişləndirib və bu sahədə yeni bazarları inkişaf etdirərək Orta Asiya ölkələri ilə tərəfdaşlıq qurub.

Reportajda Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada bərpaolunan Şuşa qalasına, Molla Pənah Vaqifin məqbərəsi, Yuxarı Gövhər Ağa Məscidi və İsa bulağı, həmçinin Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı barədə də məlumat verilir.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı İsmayıl İsmayılov “Böyük Qayıdış” Proqramı çərçivəsində insanların doğma yurdlarına qayıdışı prosesindən danışıb, şəhərdə inşa olunan hotel və mehmanxanalar barədə məlumat verib.

Eyni zamanda, İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko ölkəmizin İtaliyanın əsas neft və təbii qaz təchizatçısı olduğunu deyib, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İtaliyada bərpaolunan enerji layihələrinə sərmayə qoyuluşunun əhəmiyyətindən bəhs edib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Sentyabr 2025 20:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri