İtaliyanın “RAI” telekanalı Azərbaycanla bağlı növbəti reportaj yayımlayıb
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Roma, 16 oktyabr, AZƏRTAC
İtaliyanın “RAI 1” telekanalının TG1 televiziya xəbər buraxılışında Azərbaycanla bağlı növbəti reportaj yayımlanıb.
AZƏRTAC xəbər verir ki, kanalın ölkəmizə ezam olunan jurnalisti Barbara Karfanyanın müəllifi olduğu reportajda Ermənistan və Azərbaycan arasında 30 illik müharibədən sonra Qarabağda kilometrlərlə dağıdılmış ərazidə yalnız bir neçə divarın salamat qaldığı bildirilir. Vurğulanır ki, 2021-ci ildən etibarən burada aparılan bərpa və yenidənqurma layihələrinə 18 milyard dollar sərmayə qoyulub. Lakin işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi bərpa işlərinə mane olur. İşğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərində təqribən 1,5 milyon mina və hərbi sursat basdırılıb. Minalar təkcə fiziki ziyan vurmur, həm də qurbana və onun sosial kontekstinə psixoloji travma verir. Hazırda bölgədə minatəmizləmə fəaliyyətlərində pilotsuz uçuş aparatlarından, həssas itlərdən və siçanlardan istifadə olunur.
Reportajda diqqətə çatdırılır ki, Zəngilan rayonunun Ağalı kəndində tətbiq edilən “ağıllı” texnologiyalar sayəsində daxili elektrik enerjisi tələbatını ödəmək üçün alternativ enerji mənbələri yaradılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 16 Oktyabr 2025 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















