Icma.az
close
up
RU
İtalyan pianoçu ilə ustad dərsi təşkil edilib FOTO

İtalyan pianoçu ilə ustad dərsi təşkil edilib FOTO

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Bakı şəhər Mədəniyyət Baş İdarəsi, "Mədəni Əlaqələrin İnkişafına Dəstək" İctimai Birliyi və Üzeyir Hacıbəylinin ev-muzeyinin dəstəyi ilə paytaxtın musiqi və incəsənət məktəblərinin kollektivləri üçün fortepiano ixtisası üzrə ustad dərsi keçirilib. 

Görkəmli Azərbaycan bəstəkarı, professional musiqimizin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr olunan ustad dərsi dahi bəstəkarın ev-muzeyində İtaliyanın tanınmış yapon əsilli pianoçusu Elena Chiavegato tərəfindən aparılıb.
Ustad dərsinin açılışında pianoçu Elena Chiavegato çıxış edərək, Azərbaycanın zəngin  musiqi mədəniyyəti haqqında öz təəssüratlarını bölüşərək səfəri çərçivəsində onun yaradıcılığına göstərilən diqqət və qayğıdan məmnunluğunu bildirib. Daha sonra "Mədəni Əlaqələrin İnkişafına Dəstək" İB sədri İlahə Qismət öz çıxışında bu kimi layihələrin mədəniyyətimiz üçün əhəmiyyətindən, gənclərimizin yaradıcılığına göstərdiyi müsbət təsirindən danışıb. Həmçinin bir bəstəkar kimi əsərlərinin italyan pianoçunun repertuarına daxil edilməsinə görə çox sevincli olduğunu da vurğulayıb. Tədbirin yaradıcı hissəsi Elena Chiavegatonun ifasında səslənən Mendelson "Noktürn" və İlahə Qismətin "Kəpənəklərin rəqsi" əsərləri ilə başlanılıb.
MEMİM-in direktor vəzifəsini icra edən Vüqar Hümbətov dərsin əsas məqsədinin incəsənət təhsili səviyyəsinin müasir beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin müəllim və şagirdlərin peşəkar inkişafı üçün həm nəzəri, həm də praktiki biliklərin artırılması olduğunu bildirirək qonağa xatirə hədiyyələri təqdim edib.
E.Chiavegato müəllim və şagirdlər üçün innovativ tədris metodikası, dərs zamanı diqqət edilməli əsas məqamlar, peşəkar inkişaf üçün göstərişlər və düzgün repertuar seçiminin təşkilindən bəhs edib. Fortepiano tədrisinin metodikasındakı incəliklərin və pedaqogikanın əsas kateqoriyaları, musiqi pedaqogikasının öyrədilməsi sahəsində müasir tələblərə uyğun bilik və bacarıqları nəzəri və praktiki baxımından izah edib.
Ustad dərsində Bakı şəhəri T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin VII sinif şagirdi Renat Şərifli və XI sinif şagirdi Ərtoğrul Balayev (müəllim Yelena Xalilulina), C.Hacıyev adına 3  nömrəli Onbirillik Musiqi Məktəbinin IX sinif şagirdi Nəzrin Yuzbəyova (müəllim Lalə Mahmudova), L.və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin IX sinif şagirdi Zərrin Şükür (müəllim Afaq Rəhimova) maraqlı repertuarla çıxış ediblər. E.Chiavegato ilə Haydn, Şostakoviç, Raxmaninov və Bramsın əsərləri üzərində iş əyani olaraq icra olunub.
Qeyd edək ki, 20-dən çox nüfuzlu mükafatın laureatı olan pianoçu dünyanın aparıcı konsert salonlarında çıxış edib. Bunlara Milan "Teatro alla Scala", Venesiya "Teatro La Fenice", Paris "Salle Cortot", Barselona "Palau de la Música Catalana" və digərləri aiddir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 May 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri