Şahmatçılarımız üçün növbəti ustad dərsi təşkil edilib FOTO
Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Şahmat Federasiyasında yeniyetmələr arasında ölkə çempionatının qalib və mükafatçıları üçün növbəti ustad dərsi təşkil edilib.
Apasport.az xəbər verir ki, tədbirdə 8,10,12,14,16 və 18 yaşlılar arasında Azərbaycan çempionatının qalib və mükafatçıları iştirak edib.
Bu dəfə uşaqlar üçqat Avropa çempionu, uzun illər Azərbaycan millisinin şərəfini qoruyan Şəhriyar Məmmədyarovla görüşüb.
Şahmata gəlişindən danışan Ş.Məmmədyarov müxtəlif partiyalar nümayiş etdirib, oyun zamanı çətin vəziyyətdən çıxmaq barədə məsləhətlər verib. 3 saatlıq ustad dərsində Məmmədyarov uşaqlara müxtəlif tapşırıqlar verib və onların hazırladığı cavab variantlarını yoxlayıb.
Sonda Ş.Məmmədyarova təşəkkür edən federasiyanın baş katibi İlahə Qədimova ustad dərslərin silsilə xarakter daşıyacağını bildirib.
Qeyd edək ki, Ş.Məmmədyarov gənclər arasında ikiqat dünya çempionudu. O həmçinin dünya idmanı tarixində 2800 reytinq xalını toplayan 13 şahmatçıdan biridi.
"Chess Tour Azerbaijan"da iştirak edən şahmatçıların sayı açıqlanıb Azərbaycan şahmatçıları "Fujairah Global 2025"də Balakəndə Respublika Şahmat Olimpiadasına start verilib - FOTO Mahir Məmmədov Bakıda, regionlarda və xaricdə yaşayan azərbaycanlı məşqçilərlə görüşüb - FOTO “Vugar Gashimov Open 2025" turnirinə yekun vurulub - FOTO
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 20 Avqust 2025 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















