İtkin azərbaycanlı əsgərin qalıqları tapıldı 82 ildən sonra (FOTO)
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
Qırmızı Ordunun (SSRİ) azərbaycanlı əsgəri Xudaverdiyev Məmməd Fəttah oğlunun nəşinin qalıqları tapılıb.
"Unikal" xəbər verir ki, 1943-cü ildə itkin düşmüş əsgərin nəşinin qalıqları Smolensk vilayətinin Duxovşinski rayonundakı köhnə səngərdə tapılıb.
Onunla bərabər dörd Qırmızı Ordu əsgərinin qalıqları da aşkar edilib. Lakin Məmməd Xudaverdiyevin qalıqlarını onun qaşığının üstünə yazdığı ad-soyadından tapmaq mümkün olub.
Qeyd edək ki, 1918-ci ildə Lerik rayonunda anadan olan SSRİ əsgərinin qalıqları Smolenskin Ozernı kəndindəki Xatirə meydanında dəfn olunacaq.
İndi ondan üstündə adının baş hərfləri və soyadının yazıldığı qaşıq, dəbilqəsi və ölümündən sonra ona verilən medal qalıb. M.Xudaverdiyevin əşyaları isə Azərbaycana gətiriləcək.
Ağarza Elçinoğlu
Baxış sayı:79
Bu xəbər 25 İyun 2025 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















