Icma.az
close
up
RU
İki əsgərin məktubu 109 il sonra tapıldı FOTO

İki əsgərin məktubu 109 il sonra tapıldı FOTO

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qərbi Avstraliya əyalətində “Wharton” çimərliyində gəzintiyə çıxan Braun ailəsi içərisində məktub olan şüşə butulka tapıb.

Ölkə.Az NTV-yə istinadla xəbər verir ki, şüşənin içərisindən 15 avqust 1916-cı il tarixli iki məktub çıxıb.

Birinci Dünya müharibəsinə gedərkən iki Avstraliya əsgəri tərəfindən yazılmış, şüşəyə qoyularaq dənizə atılan məktublar düz 109 il sonra tapılıb.

Məktubların “HMAT A70 Ballarat” gəmisində Cənubi Avstraliyadan Avropaya (Fransa cəbhəsinə) yola düşən 27 yaşlı əsgərlər Malkolm Nevil və 37 yaşlı sıravi Uilyam Harliyə məxsus olduğu üzə çıxıb.

İki əsgər səyahətlərinin ilk günlərində yazdıqları qeydlərdə şən ifadələr işlətdikləri görülüb.

M.Nevil anası Robertina Nevilə ünvanladığı məktubda yazırdı: 

"Gözəl vaxt keçirdik, yemək çox dadlı idi və dənizdə yalnız bir dəfə yeməyi dənizdə yedik. Gəmi yellənir, amma biz xoşbəxtik”.

Harley isə yazıb: "İndi çox yaxşıyıq və ümid edirik ki, bu qeydi tapan kəs də yaxşı olacaq”.

Nevil bir il sonra cəbhə xəttində ölüb. İki dəfə yaralanan, lakin müharibədən sağ çıxan Harley isə 1934-cü ildə Adelaidada Almaniyanın səngərlərdə istifadə etdiyi qazlara məruz qaldığı üçün xərçəng xəstəliyi tutaraq vəfat edib.

Braun ailəsi düşünür ki, şüşənin uzun müddət dənizdə qalmayıb, qumlara batıb. Son aylarda ərazidə baş verən sahil eroziyasının şüşəni yenidən səthə çıxardığına inanılır.

"Şüşə hələ də təmiz idi, üzərində dəniz həyatından əsər-əlamət yox idi. Əgər bir əsrdən çox günəş altında qalsaydı, kağız oxunmaz olardı”, - deyə şüşəni tapan Deb Braun söyləyib.

Məktubları tapan şəxs onları əsgərlərin nəvələrinə çatdırıb və onların bu vəziyyətdən təsirləndiyini söyləyib.

Harleyin nəvəsi Ann Törnr deyib: "Bu, həqiqətən də bir möcüzə kimidir. Bizə elə gəldi ki, babamız məzarından bizimlə danışır”.

Billurə


 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Oktyabr 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see280

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see278

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see272

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see237

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see224

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see138

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri